Saqqallılar Gürcüstana buraxılmır
Son günlər Gürcüstan sərhəddində qəribə olaylar yaşanmağa başlayıb. Rəsmi Tiflisin vəzifə kürsülərində fiqurlar dəyişildikdən sonra köhnə şakərlər yenidən meydana qayıdıb.
Tarix: 02.12.2013 | Saat: 14:39:00 | E-mail | Çapa göndər
Ölkədə kriminal hadisələrin statistikası sürətlə mənfiyə doğru yön alıb. Rüşvət, soyğunçuluq, qətl, xuliqanlıq, hətta avtomobil qəzalarının sayı artmaq üzrədir. Xüsusən gecələr, paytaxt küçələri yenidən qorxulu olmağa başlayıb. Əyalətlərdə də etnik zəmində qarşıdurmalar və adam oğurluqları halları özünü biruzə verir. Gürcüstanlıların təbirincə desək, yenidən “burunlara rus qoxusu gəlir.”
Təbii ki, ölkədə baş verənlər sərhədlərə də yansımaqdadır. Azərbaycanla sərhəd keçid məntəqələrində, gömrük postlarında “hörmət” mexanizmi yenidən gündəmə gəlib. Bu günlərdə isə Gürcüstan sərhədçiləri bu ölkəyə keçmək istəyən vətəndaşlarımıza sərt qayda tətbiq ediblər: “Saqqalıların Gürcüstana keçidi yasaqdır!” Heç bir izzahat verməyən sərhədçilər bidiriblər ki, bu, mərkəzi aparatın qərarıdır.Adının çəkilməsini istəməyən Aərbaycan vətəndaşı R. də bu qadağa ilə üzləşənlərdəndir: “Mənə heç bir izzahat vermədən bildirdilər ki, Gürcüstana girə bilmərəm. Dedim uşağımı müalicəyə aparıram, xəstəliklə bağlı əlimdəki sənədləri də göstərdim. Nə söylədimsə, mümkün olmadı, geri qaytardılar.”
Gürcüstanda olan mənbələrimiz də tezxeber.az-a bu faktları təsdiqlədilər. Onu da qeyd etdilər ki, Azərbaycandan gələn bütün saqqallılar burda vəhabilər kimi qəbul olunur. Hətta Rusiyadan qaçıb Gürcüstana sığınan çeçen və dağıstanlıların da vəziyyəti pisləşib. Onlar da ölkədən deportasiya edilirlər. Gürcüstanda mövcud olan məscidlərə də qarşı əhval-ruhiyyə dəyişilib. Bu yaxınlarda minbəri sökülən məscidin minbəri Türkiyənin sərt müdaxiləsindən sonra bərpa edilsə də, təqiblər davam edir.
Tezxeber.az
Xəbər 2171 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.05.2017
Xaricdə oxuyanların diplomları hansı halda tanınmır?
27.11.2015
Azərbaycan-Latviya biznes forumu keçirildi - FOTOLAR
27.11.2015
Bakıda Latviyanın müstəqillik günü keçirildi - FOTOLAR
25.09.2015
TURSAM rəhbəri ATƏT-in toplantısında sərt danışdı
22.07.2015
Prezidentin jurnalist ordusuna verdiyi HÜCUM ƏMRİ – JURNALİST TƏHLİLLƏRİ


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info