Şəkidə 6 min il yaşı olan evlər aşkarlanıb
Şəki - Qax - Oğuz arxeoloji ekspedisiyası oktyabr ayından Acınohur gölü hövzəsinin Tərəkey dərəsində arxeoloji kəşfiyyatlara başlayıb. Aparılan işlər zamanı Tərəkey yaşayış yerinin mədəni qatı, strateqiyası öyrənilib. Arxeoloji kəşfiyyatlar zamanı həmin ərazidə 2 qədim yaşayış yeri tapılıb.
Tarix: 01.12.2013 | Saat: 13:16:00 | E-mail | Çapa göndər
Murad Həşimov, Şəki

Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki - Qax - Oğuz Arxeoloji Qrupunun rəhbəri Nəsib Muxtarovun bildirib ki, Tərəkey 1 yaşayış yerində kurqanlar qeydə alınıb. Eramızdan son tunc dövründən dəmir dövrünün ortalarına qədər həyatın intensiv davam etdiyi bu yaşayış yerində qədim memarlığı əks etdirən evlər aşkar edilib. Yeraltında dairəvi qazmalardan ibarət olan bu tikinti öz quruluşuna görə eramızdan əvvəl IV minilliyiin I yarsina aid olan Əliköməktəpəsi qədim yaşayış yerinin memarlığını xatırladır. Ərazidə öyrənilmiş kurqan son tuncdan ilk dəmirə keçid dövrünə aiddir. Arxeoloqun fikrincə, aşkarlanan yaşayış yeri bir çox tarixi təsəvürlərə aydınlıq gətirəcək və mübahisəli məqmalrı da aradan qaldırmağa nail olacaq.
Ekspedisiyanın rəhbəri Nəsib Muxtarov bildirib ki, ayyarımdan uzun sürən kəşfiyyat işlərini artıq yekunlaşdırıblar. Havaların yağmurlu keçməsi və maliyyə vəsaitinin azlığı ucbatından ətraf ərazilərin də öyrənilməsi müvəqqəti olaraq saxlanılb. Hazırda tapılan arxeoloji maddi mədəniyyət faktlarının tədqiqi və reystri ilə məşğuldurlar.
Xəbər 2424 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.07.2017
Səfər qeydləri - Vətənimizi tanıyaq...
27.06.2017
“Oyuq”çular beynəlxalq festivalda
03.09.2016
TÜRKÜ GÜCLƏNDİRƏN MƏKAN
21.08.2015
Natiq Şirinova evdən də, maşından da qiymətli hədiyyə - VİDEO
06.07.2015
“İpək Yolu“ VI Beynəlxalq musiqi festivalı başa çatıb


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info