Ankara “Fələstin” - deyərək coşur- ÖZƏL
Zeki Akyol: “Onlar bu gü hamilə qadın və dil açmayan körpələri öldürməklə bizdə onlara nifrətlə yanaşı, Hitlere hörmət də qazandırmış olurlar”.
Tarix: 24.07.2014 | Saat: 16:58:00 | E-mail | Çapa göndər
Tural Turan - Ankara, Türkiyə

Bu dəqiqələrdə Ankaranın Hürriyyət caddəsində türk və Türkiyədə təhsilalan xarici vətəndaşlığı olan tələbələr İsrailin Fələstin xalqına qarşı soyqırım aktına qarşı etiraz mitinqi keçirir. Türkiyədə Fələstin soyqırımı qurbanlarına ümumxalq matəminin 3-cü günü universitet müəllimlərinin də qatıldığı aksiyada Ərtoğrul Ərkişi və Uğur İşılak kimi müğənnilər də iştirak edirlər. Əllərində “Soyqırıma son”, “Sonunuzu Quran getirecek İsrailoğulları” kimi sloqanlar və plakatlar daşıyan aksiya iştirakçıları müsəlman ölkələrinə də səsləniblər: “Siz də din qardaşlarınıza qarşı çıxanlara qarşı çıxın!”. Daha sonra Ankara Texnik universitetinin müəllimi Zeki Akyol çıxış edərək: “İsrail soyqırımın və onun ağrı - acısının nə olduğunu hamımızdan yaxşı bilir. Onlar bu gün hamilə qadın və dil açmayan körpələri öldürməklə bizdə onlara nifrətlə yanaşı, Hitlere hörmət də qazandırmış olurlar” - deyib. Tədbirdə Türkiyə, Azərbaycan, Nigeriya, Monqolustan, Qazaxıstandan olan tələbələr də öz ölkələri ilə yanaşı Fələstin bayraqları ilə birgə keçid ediblər. Aksiya bu dəqiqələrdə də davam edir.
Xəbər 2766 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

11.09.2017
“Qarabağ münaqişəsi region üçün əsas təhdiddir” - Məmmədyarov
11.09.2017
Ermənistanda Nüvə müzakirəsi
11.09.2017
Mətbuat Şurası İlham Əliyevə təşəkkür etdi
11.09.2017
Prezident 239 və 162 saylı orta məktəblərdə
11.09.2017
Prezident Aleksandr Lapşini əfv etdi


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info