İstanbulda qar bəyazdır, Bakıda necə?...
İstanbula ilk qar yagmadan bir gün öncə mobil telefonuma Fatih Bələdiyyə başqanı Mustafa Dəmirin adından mesaj gəldi. Bələdiyyə başqanı qar yagacagı xəbərini veriridi. Mesajda qarlı günlərdə yaşaya biləcəyimiz problemləri bələdiyyənin mesajda göstərilmiş qaynar xəttinə bildirməyimiz xahiş olunurdu. Azərbaycanda yaşadıgım 34 il ərzində istər sovet dönəmi, istərsə də müstəqqilliyimizi qazanandan sonra belə bir durum qarşıma çıxmayıb. Bizdə bələdiyyə inisititutunun yaranmasındanda xeyli illər keçib. Məqsədim Azərbaycandakı qarlı problemlərdən yazmaq deyl...
Tarix: 12.12.2013 | Saat: 16:36:00 | E-mail | Çapa göndər
Məhsəti Şərif Özyürək, İstanbul

...Bələdiyyə sədrinin mesajından bildik ki, artıq İstanbul səhəri bəyaz açacaq. Elə də oldu. Nağıllar şəhəri İstanbul səhəri ag örpəyə bürünmüşdü. Məncə qar bir şəhərə ancaq bu qədər gözəl yaraşa bilər. Mən qış insnaıyam qarı sevirəm, amma qarın belə nagılvari görüntüsünü uzun illərdi görməmişdim.
Düşünürdüm ki, qar İstanbulun onsuz da tıxaclı yollarlnda ciddi problemlər yaradacaq. Amma qarın yagması heç nəyi dəyişmədi. Həyat öz axarı ilə davam edirdi. Marketlər yenə vaxtında açılmışdı, Səhər yemeyində istanbulluların süfrəsində yenə də ocaqdan cıxmış isti fırın simiti var idi. Yenə də məhəlləmizdə əl arabası ilə “simitçi”, “Əskiçi” deyə səsələyən dayıların səsi gəlirdi. Çünkü bələdiyyənın əməkdaşları məhəlləmizdəki qarı təmizləyib maşınlara yol açmışdı. Qonşunun uşaqlarını məktəbə aparan “Okul taşıdı” mikroavtobusu yenə də vaxtında qapıda idi. Düzdü soyuq hava şəriti ilə baglı İstanbulun bəzi yüksəklik olan yerlərində məktəblər bir günlük tətil etdi. Amma həyat davam edirdi. Hər kəs işinə, məktəbinə, xəstəxanasına gündəlik qaygılarının ardınca gedirdi.
Yollarda təmizləmə işləri durmadan aparılır, maşınların, marşurutların hərkətinə yardım edilir. Bələdiyyə avtobuslarının getdiyi yollara isə xüsusi diqqət edilir. Çünki bələdiyyə avtobusları xalqın ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Adi günlərdə küçələrdə gördüyümüz evsiz insanalrdan əsər-əlamət yoxdu. Onların hamısı zabıta (Bələdiyyə polisi) tərəfindən sıgınacaqlara aparılıb. O insanlar yataq, yemək, isti geyimlə təmin edilib. Nəqliyatın sıx oldugu küçələrdə təcili tibbi yardım maşınları növbədə durub. Radiolar hər dəqiqə yollardakı vəziyyətlə baglı sürücülərə xəbər verir. Ümumiyyətlə isə şəxsi avtomobillərin yola çıxmaması tövsiyyə edilir. Polislərirn işi də bu gündə xüsusidir. Yol polisi qış təkəri olmayan sürücüləri saxlayır və onları yollarına davam etməyə icazə vermir. Düzdü bu o demək deyil ki, İstanbulda qışda problem olmur. Sadəcə 20 milyona qədər insana qucaq olan bu şəhərdə ən azı qarlı günlərdə problemlərin az olması üçün ciddi işlər görülür.

...Bu səhər saat 9.00. Qapının zili çalınır. Qapını açdım və qarşımda bələdiyyə əməkdaşları idi. Bizim yaşadıgımız yer Fatihdi. Bu səmt İstanbulun ən qədim yerlərindən oldugu üçün burdakı binalrın da yaşı çoxdu. Ona görə də fövqaladə durumlarda bu bölgəyə daha çox diqqət yetirilir. Bələdiyyə işçiləri onlarda olan məlumata görə evdə az yaşlı uşaqgın oldugunu soruşurular. Və evdəki vəziyyətin qanatbəxş olub olmadıgı ilə maraqlanırlar. Verilən sualar belədir: “İstilik sisteminiz işləyirmi?, Elektirikdə problem olubmu?, Çörək ala bilmisinizmi?, Sıgortanız varmı?, Evdəki uşagın səhhətində problem yaranıbmı, Ailə həkiminiz sizinlə maraqlanıbmı? və s. Bu kimi sosial sualların cavabını aldıqdan sonra bir şey isətəyib-istəmədiyimizi soruşub gedirlər. Onların ardınca saglıq ocagından ailə həkimimiz telefon açdı. Evdəki az yaşlı uşagın ilk qara reaksiyasını və səhhətini soruşdu. Sonra saglıqla baglı məsləhətlərini verib sagollaşır. Dogurdan da İstanbulda qar problemlər yaratmır. Əksinə insana dəyərini göstərir. Ümid edirəm ki, bu gün Bakıya yagan qar da insanlara mənim kimi özünü dəyərli hiss etdirər. Mən qarı sevirəm, çünki o, qara deyil bəyazdı...
Xəbər 3805 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

26.02.2016
Turizmin inkşafına jurnalistlərdən dəstək- REPORTAJ + FOTOLAR
06.02.2016
Bir daha Ametikada... -SƏFƏR QEYDLƏRİ
04.02.2016
İndi kəndin vaxtıdır...
09.12.2015
Qanunsuz balıq ovu ilə bağlı reydlər keçirilib
12.09.2015
Zəngin Bebeyin yoxsul illəri…


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info