SAAKAŞVİLİ QAYITDI
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşa-Ukrayna sərhəd bölgəsində yerləşən “Şenqeni” buraxılış məntəqəsindən Ukrayna ərazisinə keçib. Buraxılış məntəqəsində sərhədin dağıdıldığı və sərhədçilərlə qarşı hücum olunduğu haqqında məlumatlar yayılıb.
Tarix: 12.09.2017 | Saat: 10:24:00 | E-mail | Çapa göndər
QARAŞ TAĞIYEV
UKRAYNA KİYEV



Məlum olduğu kimi, bir müddət öncə Odessa vilayətinin qubernatoru vəzifəsindən azad edilən, daha sonra isə, Ukrayna Prezidenti Pyotr Poroşenkonun sərəncamı ilə Ukrayna vətəndaşlığından məhrum edilən Mixail Saakaşvili Ukraynanı tərk etmişdi.
Vətəndaşlıqdan qeyri qanuni azad edilməsi ilə dəfələrlə açıqlamalar verən Saakaşvili Ukraynaya dönəcəyini qətiyyətlə bildirmişdi.
Ukrayna ictimaiyyətində Saakaşvilinin Ukraynaya qayıdışınin mümkün olmaması ilə bağlı müxtəlif fikirlər cərəyan etməsinə baxmayaraq, O, bir gün öncə Ukraynaya qayıdıb.
Saakaşvilinin Ukraynaya girişinə maneələrin olacağını güman edən tərəfdarların buraxılış məntəqəsində siyasi aksiyaya keçirmələri haqqında yayılan məlumatlarda sərhədçilərlə qarşıdurma baş verdiyi məlum olub.
Dövlət sərhəd xidmətinin rəhbəri Oleq Slobodyanın yerli KİV-ə verdiyi açıqlamada Saakaşvilini sərhəd bölgəsində qarşılayan tərəfdarları tərəfindən sərhədin dağıdıldığı və sərhədçilərlə qarşı hücum olunduğu və onlarla sərhədçinin xəsarət aldığı bildirib.
Hal hazırda bu hadisə Ukrayna KİV in başlıca mövzusuna və hakim dairənin diqqətini cəlb edən məsələyə çevrilib.

UKRAYNA PREZİDENTİNİN VƏ HAKİMİYYƏT RƏSMİLRİNİN MÜNASİBƏTLƏRİ

Ukrayna Prezidenti Pyotr Poroşenko: “ Mənim üşün fərqi yoxdur. Ukrayna dövlət sərhədi qaydalarını pozan hər bir şəxs cəza almalıdır”;
Ukrayna Baş Naziri Vladimir Qroysman: “Ukraynanın “Şeqini” buraxılış məntəqəsində baş verən hadisə, Dövlətçiliyə edilən hücumdur”;
Baş Prokuror Vitaliy Lutsenko: Saakaşvilinin Ukraynaya gəlişi zamanı dövlət sərhədini qanunsuz pozan hər kəs cinayət məsuliyyətinə cəlb ediləcək”, deyə münasibətlərini bildiriblər.
Ukraynanın DİN rəhbəri Arsen Avakov öz növbəsində, Sakaşvilinin iki variantı olduğunu bildirib. O, Saakaşvilinin Ukrayna ərazisində qanuni durması üçün rəsmiləşdirmə prosedurunu keçməsinin, “Şenqeni” buraxılış məntəqəsinə gəlməsinin, yaxud, Miqrasiya xidmətinə müraciət etməsinin vacibliyini bildirib.
Hal hazırda Lvov şəhərində həyat yoldaşı və oğlu ilə məskunlaşan Mixail Saakaşvili öz növbəsundə, hər hansı bir qanun pozuntusuna yol vermədiyini, vətəndaşlıqdan məhrum olunması ilə bağlı hüquqlarını qorumaq məqsədi ilə Ukraynaya gəldiyini bəyan edib.
Xəbər 454 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.08.2017
“The Jerusalem Post”: Ermənistan təcavüzkar dövlətdir
27.07.2017
Saakaşvili Ukraynadan ABŞ-a gedib
22.07.2017
Əliyevlə Putin Qarabağı müzakirə ediblər
13.07.2017
Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir
22.06.2017
“Trampın siyasəti diskomfort yaradır” – Makron


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info