Ermənistanda Nüvə müzakirəsi
11 sentyabr 2017-ci ildə Ermənistan parlamentində “Beynəlxalq Elmi Texniki mərkəzin fəaliyyətinin davam etdirilməsi haqqında” razılaşmanın təsdiq edilməsi zamanı “Yelk” (Çıxış) ittifaqının rəhbəri Nikol Paşinyan, Elm və Təhsil nazirliyinin Elmi Dövlət Komitəsinin sədri Samvel Harutyunyana, "Ermənistan Respublikası de-yure nüvə silahı yaratmaq və bu istiqamətdə araşdırma aparma hüququna malikdirmi ?" deyə sual ünvanlayıb.
Tarix: 11.09.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər
Paşinyan nüvə silahının yaradılması ilə bağlı hökumət rəsmisinə bir sıra çaşdırıcı suallar verib. “Doğrudanmı bu razılaşma Ermənistanın imkanlarını məhdudlaşdırmır” – deyə müxalif ittifaq rəhbəri bildirib. Paşinyan son zamanlar cəmiyyət və ekspertlər tərəfindən müzakirə mövzusu olan bu məsələyə münasibət bildiriləcəyinə ümid etdiyini deyib:

“Əks halda yazılı müraciət edəcəm. Müzakirə olunan məsələnin nüvə silahına aid olduğunu nəzərə alaraq, Ermənistanın hansı beynəlxalq razılaşmalarla məhdudlaşdığını bilmək yaxşı olardı” - deyə o qeyd edib.

Daha öncəki sualında məlumatlarla bağlı dəqiqləşdirmələr aparacağını bildirən deputatın növbəti sualı isə belə olub – “Ermənistanda nüvə silahı yaratmaq üçün elmi potensial vamı?. Bu gün bizim müvafiq mütəxəssislərimiz varmı, yoxsa artıq onlar 10.000 dollar əmək haqqı müqabilində qayıtmamaq şərtilə Ermənitsanı tərk ediblər?”.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan və sabiq baş nazir Hrant Baqratyan Ermənistanın nüvə silahına malik olması barədə açıqlamalar veriblər. Nəzərə alsaq ki, hər iki şəxs vaxtilə Sarkisyan hakimiyyətinin ən önəmli rəsmi fiqurlar olub. O zaman anlayarıq ki, Erməni cəmiyyətinin sadəcə "qaraj damlarında" siyasi partiya rəhbərliyinə yüksəltdiyi Paşinyan, təbii ki, Ermənistanda nüvə silahının olub-olmaması ilə bağlı xüsusi dövlət sirlərinə dəqiqliklə malik ola bilməz. Lakin, bu o demək deyil ki, Sarkisyan rejiminə qarşı kəskin müxalif mövqeyilə daim seçilən müxalif deputat, qəsdən bu kimi sualları ünvanlaya, hakimiyyətin gizli, naməlum tərkibli silahlarını ifşa etməyə bilməzdi.

Paşinyanın gözlənilməz suallarına cavab verən Samvel Harutyunyan mövzudan ustalıqla yayına bilib: “Nüvə silahının istifadəsi və yayılmasını tənzimləyən razılaşmalarla bağlı sualı hökumətə vermək lazımdır, cünki mən konkret olaraq hansı razılaşma ilə nə edilməsi nəzərdə tutulduğuna dair cavab verməyə hazır deyiləm. Ancaq Ermənistan əlbəttə ki, bu məsələləri tənzimləyən bir çox razılaşmaları imzalayıb”.

İkinci Ermənistanda nüvə silahı yaratmaq üçün müvafiq texnologiyaları bilən mütəxəssislər varmı sualına: “Bəli bu gün Ermənistanda və ondan kənarda erməni əsilli mütəxəssislər var və istənilən vaxt bu problemlə məşğul ola bilərlər”.

Maraqlıdır, Harutyunyanın "...bu sualı hökümətə vermək lazımdır...nə edilməsi nəzərdə tutulduğuna dair cavab verməyə hazır deyiləm...erməni əsilli mütəxəssislər var və istənilən vaxt bu problemlə məşğul ola bilərlər" - kimi cavabları üstü örtülü olsa da, əslində əsas məqsədin, beynəlxalq konvensiyaları pozan Ermənistan hakimiyyətinin çirkli bomba, nüvə tullantılarından hazırlaan xüsusi, mənşəyi məlum olmayan silahların mövcudluğunu gizlətməkdən ibarət olduğunu ortaya çıxarır.
Xəbər 39 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

11.09.2017
“Qarabağ münaqişəsi region üçün əsas təhdiddir” - Məmmədyarov
11.09.2017
Mətbuat Şurası İlham Əliyevə təşəkkür etdi
11.09.2017
Prezident 239 və 162 saylı orta məktəblərdə
11.09.2017
Prezident Aleksandr Lapşini əfv etdi
18.08.2017
Ərdoğan Azərbaycana gəlir


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info