Yol polisindən sürücülərə xəbərdarlıq - Bunları etmək olmaz!
Son vaxtlar bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrində istehsalçı avtomobil zavodları tərəfindən istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan əlavə avadanlıqların qurulması və yaxud nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılması hallarına yol verilir.
Tarix: 18.08.2017 | Saat: 12:56:00 | E-mail | Çapa göndər
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib. Bildirilib ki, əsasən gənc sürücülər arasında avtomobillərdə iri ölcülü şin və disklərdən istifadə etmək, sükan çarxlarını və buferləri dəyişmək, avtomobilin asqı qurğusunda dəyişiklik və əlavələr etməklə banın klirensini (yer səthindən avtomobilin ən aşağı nöqtəsinə qədər olan məsafə) artırmaq, səsboğucuların səsini çoxaltmağa meyillilik müşahidə olunur.

Belə hallardan biri də son zamanlar avtomobillərin işıq cihazlarında “Led” tipli işıq lampalarından istifadə olunmasıdır. Əvvəla onu qeyd etmək lazımdır ki, nəqliyyat vasitələri və onların hər bir ehtiyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq “təhlükəli özü hərəkət mənbəyi” hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaratmış olur.

"Bildiririk ki, Azərbaycan Respublikası yol hərəkət qaydaları üzrə 1968-ci il beynəlxalq Vyana Konvensiyasına qoşulmuşdur. Bununla əlaqədar ölkəmizdə 1998-ci ildə “Yol hərəkəti haqqında” Qanun qəbul olunmuşdur. Həmin qanunun 1 saylı Əlavəsinin III hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan göründüyü kimi xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun deyilsə, onun istismarı qadağan olunmalıdır. Sürücülərin nəzərinə çatdırmaq istərdik ki, ölkəmiz 12.02.2002-ci tarixli 261-IIQ №-li Qanunla “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq müqaviləyə qoşulmuşdur. Həmin müqaviləyə qoşulan dövlətlər Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq etməlidirlər. Bu yolla AİK-in hazırladığı qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır".

Qeyd olunub ki, avtomobil istehsalı zavodları da nəqliyyat vasitələrini bu tələblər əsasında istehsal edirlər. Araşdırmalar göstərir ki, “Led” tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. Belə işıq cihazlarından avtomobilin salonunun icərisinin işıqlandırılması üçün istifadə oluna bilər.

DYP əməkdşları nəqliyyat vasitələrinin texniki tələblərinin pozulması, qanunsuz avadanlıqlaşdırılmasına qarşı mütəmadi mübarizə tədbirləri həyata keçirir.

Məlumat üçün hörmətli oxucuların nəzərinə catdıraq ki, ötən il və bu ilin 6 ayı ərzində nəqliyyat vasitələrinin texniki tələblərinin pozulmasına görə 11013, o cümlədən nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılmasına görə 4853 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Xəbər 80 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

27.07.2017
Azərbaycanlı tələbənin İstanbul Vəkillər Kollegiyasındakı çıxışı maraqla qarşılanıb
03.07.2017
İsti hava ilə əlaqədar sahibkarlara xəbərdarlıq
03.07.2017
İyulun 5-də imtahan keçiriləcək
29.06.2017
Prezident Milli Məclisə layihə göndərdi - Cinayət qanunvericiliyi humanistləşdirilir
21.06.2017
Müsabiqə nəticələri açıqlandı


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info