Səfər qeydləri - Vətənimizi tanıyaq...
Doğma Azərbaycanımız füsunkar və əsrarəngiz təbiətə malikdir. Azərbaycanı dünyada turizm üçün səciyyəvi edən ən başlıca xüsusiyyət burada bu sahənin bütün istiqamətlərinin inkişafı üçün lazım olan təbii şəraitin mövcud olmasıdır. Yay mövsümü ilə əlaqədar ölkəmizin demək olar ki, bütün bölgələrinə turist axını başlayıb. Yerli və xarici turistlər uzaq yollar qət edərək, gözəl diyarımızın ecazkar təbiət mənzərələrni seyr etmək üçün bu füsunkar məkanlara gəlirlər. Bu baxımdan ölkəmizdə mövcud olan turizm şirkətlərinin rolu və önəmi indi özünü daha qabarıq şəkildə büruzə verməyə başlayır.
Tarix: 13.07.2017 | Saat: 15:33:00 | E-mail | Çapa göndər
Məhərrəm Abdulla - Jurnalist


Bu yaxınlarda belə qabaqcıl turizm şirkətlərdən biri olan “E&C Travel” şirkətinin təşkilatçılığı ilə doğma Vətənimizin qeyri-adi gözəlliyə malik olan 3 bölgəsinə səyahət etdik. İlk məkanlarımızdan biri qədim və unikal diyar olan Şəki şəhəri idi. Həqiqətən də, yamyaşıl örpəyə bürünən bu məkanda istirahət etməyə və gözəlliyi yaxından görməyə dəyər. Qısa arayış: Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Şəhər respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan bir qədər uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür. Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, qala divarları, Dairəvi məbəd, Zəyzit məbədi, Kiş alban məbədi, Şəki Karvansarayı dövlət tərəfindən mühafizə olunur. Şəki ilin bütün fəsillərində, xüsusən də isti yay aylarında turistləri daha çox cəlb edir.

Səfərimizin digər dayanacağı isə təkrarolunmaz təbiətə malik olan bölgərimizdən biri-Oğuz rayonu idi. Qısa arayış: Oğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindən biridir. Böyük Qafqazın cənub yamacında yerləşir, şimaldan Rusiya Federasiyası, şərqdən Qəbələ, qərbdən Şəki, cənubdan isə Ağdaş rayonları ilə həmsərhəddir. Rayonun şimal hissəsində Baş Qafqaz silsiləsinin cənub yamacları, mərkəzi hissəsində Qanıx - Əyriçay vadisi, cənubunda isə Acınohur alçaq dağlığı əsas relyef formaları kimi ayrılır. Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr yetişir. Oğuzda 39 arxeoloji və memarlıq abidəsi, füsunkar Xalxal şəlaləsi və qədim alban məbədləri mövcuddur.

Səfərimizin sonuncu dayanacağı isə müasir turizm infrastrukturu, təmiz havası, gursulu dağ çayları, gölləri, dörd tərəfi dağlarla əhatə olunan sıx meşələri, yaşıl çəmənlikləri, gözəl parkları insanları valeh edən Qəbələ oldu. Rayonda turizmin inkişafı ilə bağlı görülən işlər, eləcə də, son illərdə inşa edilən otellərdə, irili-xırdalı turizm, istirahət və əyləncə mərkəzlərində yaradılan yüksək şərait turistlərin də ürəyincədir. Qısa arayış: Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir. Qəbələ şəhərində çox böyük turizm potensialı var. Son bir neçə il ərzində Qəbələdə bir neçə müasir hotel, həmçinin 2011-ci ildə beynəlxalq hava limanı tikilib. Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Qəbələ şəhərinin şimalında yerləşən Nohur gölünün sahilində dincəlmək isə insana ayrı bir zövq verir.

Azərbaycanımızn turizm imkanlarını tanıtmaqla, ölkəyə daha çox turist axınına nail olmaq olar. Çünki bu sahədə potensial genişdir, turizm sektoru təmsilçilərinin üzərinə düşən isə, sadəcə bu imkanları tanıtmaqdır. Turizmə sırf biznes məqsədilə yanaşmaq doğru deyil. Burada müxtəlif nüanslar da var ki, onları da nəzərə almaq lazımdır. Ölkəmizin tanıtımı və təbliği də bu sıradadır. Bu baxımdan “E&C Travel” turizm şirkətinin həyata keçirdiyi zəngin və yaddaqalan proqramlarla zəngin tur paketləri doğma Vətənimizin füsunkar və əsrarəngiz təbiəti, qədim və zəngin tarixinin təbliği baxımından təqdirəlayiq haldır. “Bizim əsas prioritetlərimizdən biri müştərilərimizin məmnunluğunu qazanmaqdır. Şirkətimizin əsas məqsədi Azərbaycanımızın ən irəlidə gedən turizm şirkəti olmaqdır və biz buna doğru gedirik. Həyatda olduğu kimi, biznesdə da etibar çox vacib bir məsələdir. Bir-birimizə etibar edib, irəliyə getməkdən yaxşı bir şey ola bilməz.” Bu fikirlər şirkətin rəsmi saytında onun rəhbəri adından deyilsə də, əslində bütün əməkdaşların devizinə çevrilib. Fürsətdən istifadə edərək, yüksək səviyyədə təşkil olumuş, maraqlı və zəngin tur proqramına görə etibarlı insan, adı çəkilən turizm şirkətinin rəhbəri, eyni zamanda aparıcı mütəxəssisi, sözün əsl mənasında öz işinin peşəkarı olan Vəli Vəliyevə xüsusi minnətdarlığımı bildirmək istərdim. Yolumuz daim açıq olsun.

ARDI VAR...
Xəbər 408 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

27.06.2017
“Oyuq”çular beynəlxalq festivalda
03.09.2016
TÜRKÜ GÜCLƏNDİRƏN MƏKAN
21.08.2015
Natiq Şirinova evdən də, maşından da qiymətli hədiyyə - VİDEO
06.07.2015
“İpək Yolu“ VI Beynəlxalq musiqi festivalı başa çatıb
18.03.2015
Onlar “Birlik üçün oxu”dular - VİDEO


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info