“Oyuq”çular beynəlxalq festivalda
Mütəmadi beynəlxalq teatr və musiqi yarışmalarında iştirak etməklə yüksək yerlər tutan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivala yola düşürlər.
Tarix: 27.06.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər
Belə ki, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində baş tutacaq “Golden Sparkles European Music Festival"ında ölkəmizi təmsil edəcəklər.

Ənənəvi olaraq yay aylarında baş tutan və dünyanın müxtəlif ölkələrindən onlarla iştirakçını bir araya gətirən budəfəki festival 28 iyun 5 iyul tarixlərini əhatə edəcək.

Azərbaycanla yanaşı tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələr də təmsil olunacaq.

6-15 yaş arası uşaqları əhatə edən sənət bayramında ölkəmizi teatr-studiyanın istedadlı aktrisa-vokalçıları Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli təmsil edəcəklər. Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edəcəklər. Azərbaycan və ingilis dillərində təqdim olunacaq bu mahnıdan başqa vokalçılar solo ifalarını da nümayiş etdirəcəklər.

Studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva milli maraqların önə çəkildiyi bu yarışmada “Sarı gəlin”ə təsadüfən müraciət etmədiklərini deyir: “Bilirsiniz ki, digər mədəni nümunələrimiz kimi bu xalq mahnımız da mənfur qonşularımızın təcavüzünə məruz qalaraq özününküləşdirilir. Biz də istər bu mahnıya müraciət, istər onu milli rəqslə müşayiətimizlə orada olan insanlara, elə ermənilərin özlərinə də bu nümunənin xalqımıza məxsusluğunu bir daha isbat etmiş olacağıq”.

Xatırladaq ki, televiziya festivalının təşkilində məqsəd yetişən nəsillər arasında mədəniyyətlərin dialoqunu yaratmaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqları bir araya gətirməklə yaradıcılıq mübadiləsinə nail olmaqdır.
Xəbər 176 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.07.2017
Səfər qeydləri - Vətənimizi tanıyaq...
03.09.2016
TÜRKÜ GÜCLƏNDİRƏN MƏKAN
21.08.2015
Natiq Şirinova evdən də, maşından da qiymətli hədiyyə - VİDEO
06.07.2015
“İpək Yolu“ VI Beynəlxalq musiqi festivalı başa çatıb
18.03.2015
Onlar “Birlik üçün oxu”dular - VİDEO


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info