ABŞ məhkəməsi Beynəlxalq Bankın xeyrinə qərar çıxardı
Nyu-York (ABŞ) məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin tanınması barədə müraciətinə baxıb və bir qrup kreditorun ehtirazını rədd edərək, Bankın xeyrinə qərar çıxarıb.
Tarix: 29.06.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər
Bu barədə ABB-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Bankın aktivlərinin xarici kreditorların ABŞ məhkəmələrindəki iddia tələblərindən qorunması qət edilib. Belə ki, bu yekun qərara əsasən, restrukturizasiya prosesinin davam etdiyi müddətdə xarici kreditorlar ABB-yə və onun ABŞ-dakı aktivlərinə qarşı hər hansı iddia irəli sürə bilməyəcək.

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən, xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi ilə bağlı baş verə biləcək mümkün hüquqi risklərin bu qərarla aradan qalxdığını bildirib: “Bəzi kreditorların restrukturizasiya prosesinə etirazı məhkəmə tərəfindən qəbul olunmadı. Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi. Restrukturizasiya prosesi hazırda nəzərdə tutulmuş plan üzrə davam edir. Ümid edirik ki, nəticə gözlədiyimiz kimi uğurlu olacaq”.

Qeyd edək ki, səsvermənin nəticələri 18 iyul 2017-ci il tarixində nəzərdə tutulmuş Kreditorların Yığıncağında məlum olacaq.
Xəbər 160 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

07.12.2015
DSMF sığortaedənlərlə əlaqələrini genişləndirir
07.12.2015
Sığorta-pensiya sistemi səmərəliliyi daha da artırılır
07.12.2015
Sözünün yiyəsi və yaxud Tacəddin Novruzova minnətdarlığın səbəbi
10.07.2015
“...” komissiyaları süni şəkildə artırır - OXUYUN
09.07.2015
Nazirlikdən QARPIZ XƏBƏRDARLIĞI


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info