Azərbaycan Venesiya Biennalesində təmsil olunur
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 57-ci Venesiya Biennalesi– Beynəlxalq İncəsənət Sərgisində iştirak edir.
Tarix: 16.05.2017 | Saat: 14:48:00 | E-mail | Çapa göndər
Fondun mətbuat xidmətindən verilən xəbərə görə, “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultual ənənələri, etnik-mədəni müxtəlifliyi və tolerantlığı əksini tapıb. Venesiyanın izdihamlı məkanlarından birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında nümayiş olunan sərginin konsepsiyası Azərbaycanda mövcud olan mədəni müxtəlifliyi bədii interpretasiya yolu ilə ifadə edir.

Azərbaycanda müxtəlif xalqlar və etnik qruplar, dini konfessiyalar əsrlərdir ki, sülh və dostluq şəraitində yaşayırlar. Burada müxtəlif dil və mədəniyyətlərin eyni səviyyədə qəbul oluması, multikultural, çoxdinli mühitdə harmoniya və bərabərlik şəraitində yaşamaq mədəniyyəti təbliğ olunur. Sülhsevər mədəni mübadilə və gözəl Şərq qonaqpərvərlik ənənələrinin qorunub saxlanılması bu ərazidə yaşayan insanların əsas prinsiplərindən biridir. Bu isə qloballaşma, etnik münaqişələr, dözümsüzlük, təcavüz və aqressiya əsrində bir möcüzədir.

Sərgidə “Hypnotica” Vizual Performans Qrupunun videomappinq və installyasiya kimi interaktiv media layihələri, gənc rəssam Elvin Nəbizadənin işləri nümayiş olunur. Müəlliflər Azərbaycanda ənənəvi analoq və müasir rəqəmsal incəsənətin sintezindən yaranan incəsənəti təqdim edirlər. Müxtəlif materiallarla işləyən sənətkarlar bəşəriyyəti birgə yaşamaq mədəniyyəti haqqında düşünməyə çağırır. Sərginin kuratoru Viktoria və Albert Muzeyinin keçmiş direktoru, professor Martin Rotdur. (Martin Roth)
Xatırladaq ki, Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir.

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Venesiya Biennalesində iştirak da bunlardan biridir. Azərbaycan bu beynəlxalq incəsənət sərgisində 2007-ci ildən iştirak edir və bu il artıq 6-cı dəfədir Venesiya Biennalesində təmsil olunur. Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 26-dək açıq olacaq.
Xəbər 245 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.01.2017
Aktyorluğu şeirə dəyişən sənətkar
22.12.2015
Azərbaycan Xalçası ensiklopediyalaşdı
22.12.2015
Qoy, elə beləcə də çağırsınlar: Ələsgər
09.12.2015
Bir qırğız, bir qazax qopuzun başına oyun açdılar
05.12.2015
Sarıjaylay - Türk dünyasının mahnıları


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info