Axsaq dəvənin kor nalbəndi…
…Mən, mənə olunan ədalətsizliyi KASIBÇILIQLA əlaqələndirib ictimai durumuma bağlamayacağam. Şərəfsizliyin ölçüsü, durumu olmaz. Namərd insan taleyini tərəziyə qoyanda bütün hallarda xaindir. Bu VƏTƏN xaini olsa belə. MƏN Vətən xaini olmayacağam, siz məni buna təhrik etsəniz belə. Çünki, yaşadığımız VƏTƏN də, nail olmaq istədiyimiz MƏNSƏB də bizim namusumuzu, ismətimizi, abrımızı, ləyaqətimizi hər şeydən qoruyan bir xilasdır. Bu XİLASA xəyanət etməyin AĞALAR, Mən fiziki qüsurlu olsam belə bu Tanrının seçimidir və əgər Tanrı seçiminə asi olursunuzsa sonunda hesabını verəcəksiniz şəksiz polis akademiyasına yığdığınız fiziki qüsurluların hesabı kimi. Və əlbət bir məzlumun ahına girib cəllad baltası ilə uf demədən kəsdiyiniz övlad taleyinin haqqını kimsə sizdən sormağa tapılacaq. İndi isə meydan sizdə, TİCARƏT TİBBİNDƏ at oynadın və nalbəndinizi də yanınızda tutun ki, haqqa gələnə bəhanəniz olsun, mənə verdiyiniz bəhanələr kimi.
Tarix: 16.05.2017 | Saat: 18:02:00 | E-mail | Çapa göndər
Elşən Feyzullayev


Arığın qoruğa girmək şansı
Doğrusu kimsə inanmamışdı, hamı deyirdi ki, mümkün deyil qiyməti 70-80 min manat olan təhsil ocağına iki cüt qara gözlərə sahib olmaq sadəlovlükdür. Necə də axmaq imişəm. Ölmüşdü elə xankişi arığın oğlu polis akademiyasına daxil olsun özü də PAYTAXT qeydiyyatı ilə.
…Adama deyərlər ay məzlum bəs bilmirsən ki, boyundan aşan işlərə qalxsan vurub qıçını sındırarsan. Sındırdılar! Bunca əmək, həftələrlə get-gəllər xərclənən pullar boşa, tək övladımın taleyi kiminsə dodaqlarından qopan bir kəlməsinin badına getdi. YARARSIZSAN! Əslinə baxanda qəbul qaydalarında əvvəlki illərlə müqayisədə edilən dəyişiklikləri eşidən də dalağım sancmışdı. Sənədləri toplamaq məşəqqəti bir yana dursun, bu araya sonra qayıdacam deyə (-) işarə qoyaq. Başlayaq namizədlərin fiziki hazırlıq mərhələsinə. Siçan-pişik oyunu burdan başladı. Tifil uşaqları 4 km qaçırdandan sonra həmən turnikdə və qollar üstə dartınma normativlərinə məcbur edildilər. Və zabitlər onların kəsiləcəyini qabaqcadan bilməmiş deyildilər. Elə ona görə də 9 namizəd mərhələni keçə bilmədi. Sonrakı mərhələ sağlamlıq yoxlamasından keçmək olacağı halda hamıya mandat komissiyasına gəlmələri tövsiyə edildi. Və nə möcüzə ki, kəsilənlərin hamısı DİN inzibati binasının önündə bütöv halda görsənmiş oldu. Mən bu fokusun incəliklərinin hamı tərəfindən məlum olduğunu bildiyimdən xırdaçılıq etməyib keçirəm mandat komissiyasının fəaliyyətinə. Doğrusu bu möhtəbər və möhtəşəm binada bizi yaxşı qarşıladılar. Növbə ilə yuxarı dəvət edib mandat komissiyasının hüzuruna çıxardılar. Məhşər divanından çıxanlarının çoxunun üzünün gülmədiyinin, keçə bildinizmi sualına yaxşı oldu cavabları məni düşüncədə saxlasa da hənanın eyni həna olduğunu düşünüb özümü əsas mərhələyə sağlam tutmağa çalışdım.
Tam demokratik və şəffaf insaf var, məni oğlumla birgə içəri buraxdılar. Suallar başladı İ. Əfəndiyev, M. İbrahimov və humanitar fənlərdən arası kəsilməyən suallar. Mülki geyimli zabit qarşısına qoyduğu vərəq parçasına yazılmış sualları düz yarım saat yağdırdı oğlumun üzərinə, halbuki heç 30 aprel imtahanından sonra ayın ikisində keçirilən mandata ehtiyac yox idi. Çünki həmin gün mandata gələn namizədlərin hamısı birinci qəbul imtahanından topladığı balı bilirdi. Amma bu zabit respublikada DİM`in keçirdiyi birinci qəbul imtahanından xəbəri yox idi. Odur ki, yarım saatdan çox çəkən sual-cavabdan sonra sınaq imtahanlarından neçə bal toplayırsan sualı məni çaş-baş saldı. Oğlum 552 bal deyəndə zabitlər bir-birinə sonrada oğluma baxdılar: Halal olsun yaxşı hazırlaşmısan. Bu arada onuda deyim ki kənd yeri üçün bu bal ən azı 650 bala bərabərdi. Amma qarşıda hələ iki ay var və yəqin ki, uşaqlar xatalarından nəticə çıxaracaqlar.
Mandat bitdi, hər şey yaxşı qaldı bir tibbi komissiya yoxlanışı. Mən orda nələr baş verir deyə nəsə yazmaq istəmirəm. Çünki mənim bir-iki saat gördüklərimi korrupsiya idarəsi və DTX idarəsi hay-hay görür. Bizi içəri buraxmadılar. Həkimlər lazım olanları gərəksə iki razmer azaldıb , gərəksə iki razmer çoxaldıb oğlumu yararsız elan etdilər. Hə burda deyim ki, söhbət Polis Akademiyasına qəbuldan gedir. Və tibbi komissiya idarəsi də DİN`ə aid qurumdur. Evdən çölə çıxmayan uşaq bir an özünü illərin hoqqasından çıxanların arasında gördü. Bəli oğlumun gözləri zəif görür. Qaradağ rayon hərbi komisarlığında yoxlanışda olarkən həkimlər aşkarlayıblar. Bugün oğlum Feyzullazadə Əli hərbi qulluğa yararlı hesab edilir. Yəni ali məktəbə girə bilməsə dövlət onu hay-hay əsgərliyə aparacaq. Lakin Feyzullazadə Əli Polis Akademiyasının müdavimi olmağa yararsızdır. Mən içəri girə bilmədiyim üçün oğlumu yararsız elan edən həkimə bir söz deyə bilmədim amma burdan ona səslənirəm ey bir an belə tərəddüt etmədən, bu mərhələyə qədər insanların nələrdən keçdiyinin fərqinə varmadan göz qırpımında kəsib atan həkim, Polis Akademiyasında oxuyan eynəkli kursantların hesabını verə biləcəksənmi?! Mən dövlətin tədbirlərinə itaət etmək zorundayam. Madam ki, olmaz qanundur, gözdən zəif namizədlər qəbul ola bilməz onda bu hər kəsə şamil edilsin.
Cənab Nazir, hörmətli Ramil müəllim, mən kimsəyə mərdimazarlıq etmək istəmirəm. Siz də çox gözəl bilirsiniz ki rəhbərliyiniz altında fəaliyyət göstərən Polis Akademiyasında kifayət qədər eynəkli kursan təhsil alır. Əgər gözləri zəif görənlər polis sıralarına yararsız hesab edilirsə bəs onda bu qədər eynəkli kursantlar hardan toplanıb akademiyaya. Yox hardasa istisnalar mövcuddursa onda acizanə surətdə xahiş edirəm arzusu polis olub ULU ÖNDƏRİMİZİN dövlətimizə xidmət istəyən ƏLİ üçün bir istisna edilsin.
Mən anlayıram Polis Akademiyasi kim biz kim, kimdir bizi ora qoyan. Vəzifəli adamların balaları dura-dura mənim balamın bu sevdaya düşməsi dəlilik əlamətidir. Hər kəs öz yerini-yurdunu yaxşı biməlidir. Mən bir nadanlıq elədim, boyumu aşıb qoruğa girdim. Ətrafı bəhanələrlə hörülmüş qoruğa. Vurub qıçımı sındırdım.
Bəli Tibb idarəsində həkimlər öz peşələrini icra edirlər. Və bu icra altında şıdırığı alver gedir. Ona görə də Polis Akademiyasında kifayət qədər eynəkli kursantlar var və bu il də şəksiz olcaq. Amma inanın ki, bu haqsızlığın hesabını bir gün gələcək dövlət baba sizdən soracaq və onda bu qədər eynəklinin hesabını verəcəksiniz bu dünyada olmasa da o dünyada hökmən verəcəksiniz.
Xəbər 713 dəfə oxundu



 

Müəllifin son yazıları


18.11.2015 Fatmanisənin turşdan turş ayranı...
11.07.2014 Mən bilmirəm, bunlar bu Anardan nə istəyir?
17.03.2014 İki əl, bir yaxa
24.01.2014 12 manatlıq ər
06.01.2014 Yezidə biyyət eliyənlər…


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info