Əmir Teymurun mərhəmətinin cəzası... - Ermənilər özbək alimini niyə hədələyirlər...
Teymurun qırıb-çatmadığı çaqqal sürüsü indi onun nəvə-nəticələrinə saldırı düzənləyir
Tarix: 26.01.2017 | Saat: 13:03:00 | E-mail | Çapa göndər
Aida Eyvazova


Rusiyanın xarici işlər nazirinin , Ermənistanın isə de-fakto etibarlı və sadiq oğlu “Kələntaryan” adi ilə məşhur olan Sergey Lavrovun “Lider” televiziyasının xüsusi müxbiri Anar Həsənovun qarşısında etdiyi “səmimi” Qarabağ etirafından sonra, Daşkənddəki dostlarımızdan belə bir xəbər aldım ki, uzun illər ərzində Türk dünyasında və Azərbaycanda erməni daşnaklarının izinə düşərək, onların törətdikləri cinayətləri araşdırıb yazan, həmin cinayətləri “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitablarında oxuculara çatdıran məşhur özbək tarixçisi Şuxrat Barlas bu günlərdə ermənilərin mütəşəkkil hücumuna məruz qalıb.

Ermənistanın kütləvi informasiya vasitələrində ona qarşı təhqir və hədə dolu məqalələr çap olunmaqdadır. Əslində bu iki məsələ eyni oyunun tərkib hissəsidir. Anara olun hücumlarda da bir erməni əlinin olduğuna şübhə yoxdur. Lakin mən bu yazımda Anardan deyil, Şuxrat Barlasdan danışaçağam.
Ötən il Azərbaycan və Türk dünyasının həqiqətlərini, erməni soyqırımlarını yazdığına görə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən Fəxri doktor adına layiq görüldü. 2016-nın 29 oktyabrında Bakıda keçirilən V Beynəlxalq Humanitar Foruma dəvət olunan qonaqların əksəriyyətinin diqqətini Şöhrət Barlas çəkdi. Hər kəs ona yanaşaraq, yazdığı mükəmməl tarixi əsərlərə görə öz minnətdarlığını bildirirdi.
Şuhrat Barlas isə, bu gördüyü işi bir könül işi, iki qardaş xalqın başına gələn tarixi faciələri sənədlər əsasında toplayıb yazmağı özünün bir türk oğlu kimi şərəf işi saydığını söyləyirdi.

“Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabını vərələqyirəm. 304 səhifədən ibarət olan bu kitabda 120 mənbədən istifadə edilib. Mənbələrdən görünür ki, dünyanın bir çox alimlərinin əsərlərinə istinad olunub. Bu dəyərli mənbələr və faktlar qarşısında biabır olduqlarını görən bugünkü erməni daşnakları Şuxrat Barlasa qarşı hücuma keçərək, təkcə öz kütləvi informasiya mənbələrində ona qarşı hədyanlar yazmaqla kifayətlənməyiblər. Onlar həmin kitab çıxandan sonra dayanmadan Özbəkistanın hüquq-mühafizə orqanlarına Şöhrət Barlas haqqında kütləvi böhtan kampaniyasına başlayaraq, məktublar ünvanlayırlar. Bu məktubları təşkil edən isə, Özbəkistandakı erməni diasporunun sədri Martin Setyandır.

Martin Setyanın pul hesablarını, gedib-gəldiyi marşrutları araşdıran olsa, onun indi də dünyanın bir çox ölkələrində formalaşan erməni daşnakları ilə əlaqələri üzə çıxacaq. Martin Setyan dəfələrlə Daşkənddən tanınmamış Qarabağa səfərlər edən birisidir. Bu azmış kimi, o belə səfələrə gedərkən, 08.09.2015 tarixdə özü ilə Özbəkistanın pambıqçılıq və aqrotexnika üzrə professoru Xokimcon Saidaliyevi də aparmışdı.
Mən inanıram ki, Xikimcon əkənin Şuhrat Barlasın araşdırdığı tarixdən xəbəri olmayıb. Həmin tarixlərə 7 dünya hökmüdarı, türk ellərinin yenilməz sərkərdəsi Əmir Teymur, adı ən adil prezidentlər siyahısına yazılan, Azərbaycanın ən böyük dostu mərhum İslam Kərimov yaxşı bələd idilər. Ona görə də Əmir Teymur öz Tüziklərində yazırdı ki, «erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər”. Nədən bu fikirdə olduğunu soruşanda isə belə cavab verib: “Əgər mən bunların kökünü kəssəm, mənə gələcəkdə lənət oxuyacaqlar. Deyəcəklər bir milləti yer üzündən sildi. Qoy gələcəkdə görsünlər ki, bunlar necə mundar millətdir. Onda mənə rəhmət oxuyacaqlar...”.
Özbəkistanın prezidenti, bu gün özbəklərin “Ata” deyib səcdə etdikləri o böyük zat mərhum İslam Kərimov isə Özbəkistan öz müstəqilliyini qazanandan sonra ötən 25 il ərzində ermənilərlə heç bir diplomatik əlaqə yaratmadı. Bilənlər bilirdi ki, filosof-tarixçi İslam Kərimov Koqand hadisələrini unutmayıb. 1984-1985-ci ildə Özbəkistanda erməni Qdlyanın qurduğu tora düşən, zindanlara atılan neçə şərəfli özbək ziyalısının taleyini unutmamışdı. Həmin illərdə Qdlyan Kokanda gələndə ilk gördüyü iş, Koqanddakı Dövlət arxivini təftiş etmək olmuşdu. Bu arxivdə saxlanılan ermənilərin Özbəkistanda törətdikləri soyqırımı və faciələrə işıq tuta biləcək bütün sənədləri məhv etmişdi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev prezident seçildikdən sonra ilk səfərlərindən birini Novruz bayramı günlərində rəsmi Daşşkəndə etmişdi. O görüşləri mən işıqlandırırdım. Xatirimdədir ki, İslam Kərimovun könlü çiçək kimi açılmışdı. Hər şeydən əlavə yaxın dostu, Heydər Əliyevin oğlunu qarşılamağının sevincini bütün xalqa bəyan edirdi. Həmin görüşlərdə Azərbayacanlı jurnalistlərin ermənilər tərəfindən işğal olunmuş Qarabağ torpaqlarının azad olunması barədə suala belə cavab vermişdi:

“Qarabağ Azərbaycanın tarixi torpağıdır. Lakin bu düyün və oyun ikinci və uçüncü dərəcəli dövlətlərin əlindədir”. Və elə bu səbəblərdən də ermənilər İslam Kərimovun hakimiyyəti dövründə Özbəkistanda dovşan kimi kirimişcə gəzib dolandılar. Bir-iki kafe açmaqla başlarını saxlayırdılar. Yəni bu ölkədə daha nifaq sala bilmirdilər. Özbəklərin üzünə gülüb, arxasınca danışırdılar. Və yəqin ki, bu gün də o cənnət torpaqlarda muxtariyyət qurmaq fikrindədirlər.
Uzun illər pusquya və marığa yatan erməni daşnakları, Şuxrat Barlasın kitabı işıq üzü görəndən sonra, yenə baş qaldırmağa başlayıblar. Özbəkistanın və Ermənistanın əlaqədar təşkilatlarına yazdıqları ərizələrdə Şuxrat Barlası bir neçə maddə ilə ittiham edirlər:
Ermənistan Prezdenti Serj Sərkisyanı təhqir edib;
Millətlərarası çaxnaşma yaradır;
Pantürkizm, Panturanizm.
Azərbaycan və Ermənistanı müharibəyə çağırış .
Doğulduğu 14-cü əsrin əvvəlində, 35 illik hakimiyyəti dövründə, elmin, texnikanın bugünkü inkişafının olmadığı bir vaxtda, uzaq yolları, ölkələri yaxın edib, dünyanın 27 ölkəsini bir bayraq altında birləşdirən Əmir Teymur böyük türkçülüyü və böyük turançılığı təbliğ etmirdimi? İpək yolu, Turan dövlətini qurmaq ideyası Əmir Teymurun deyildimi? İndi Özbəkistanda yaşayan bir qrup erməni daşnakyönlüsü, illərlə türk tarixini araşdıran, bu illər ərzində axtardığı sənədlərin içərisində soyunun, köküknün, elinin, obasının, xalqıının erməni daşnakları tərəfindən necə faciələrə qaldığını araşdırıb ürək ağrısı ilə yazan bir tarixçi alimi Pantürklük və panturançılıqda ittiham edirlər. Gəmidə oturub, gəmiçi ilə dava etməzlər. Adama deyərlər ki, Şuhrat Barlas haqqında Daşkənd Şəhəri Daxili İşlər İdarəsinə “donos” yazan, Daşkəndin mərkəzində Mirzə Uluqbəy rayonunun Yalanğac massivində yaşayan Nikolay Eduardoviç Babayan, bəs sənin kökün hardan gəlib? Ay murtanı oğlu, heç olmas,a o babanın adının sonundakı “Baba” sözünə bax da... Şoğərib erməni dilinin əlifbasında türkün “baba” sözü, “Qarabağ” sözü yoxdur axı.
Daşkənd Şəhəri Daxili İşlər İdarəsindən isə bu donosçu çörəyi dizində olan şoğərib Babayana cavab yazıblar ki, sizin yazdıqlarınız öz əksini tapmadı.



Həəəə... İstəkli oxucularım, indi isə erməni daşnaklarının nəyə acıqlandıqlarını təhlil edəcəm. Deməli, tarixçi alim Şuhrat Barlas öz araşdırmalarında ermənilərin zaman-zaman türk xalqının başına gətirdikləri qanlı müsibətləri açıb-ağartması, dünyanın müxtəlif yerlərində yaşayan erməni diasporunun fəallarının xoşuna gəlməyib. Bu kitabla, alim onları və dünyanı fakt qarşısında qoyub. “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabının 15-ci səhifəsində yazır: “...Özbəkistanda Fərqanə vadisinin şəhərlərində və kəndlərində 1918-ci ilin fevral ayında erməni daşnaklarının bolşeviklərlə birlikdə insanlığa qarşı törətdikləri vəhşilikləri insanlar bu günə qədər unutmayıblar. Elə həmin ilin mart ayının 31-də isə erməni daşnakları həmin müsibətləri Bakıdakı müsəlman-türklərinin başına da gətirdilər”.

Bu faktları isə Şuhrat Barlas Mustafa Çokayın “Mustafa Chokay. «The Basmachi Movement in Turkestan», «The Asiatic Review», vol. XXIV, 1928.” kitabından götürüb. Mustafa Çokay öz dövrünün Avropa ölkələrində yaşayıb yaradan tanınmış türk alimi idi. Əlində olan sənədlərə əsaslanaraq bu kitabları yazıb tarixə yadigar saxlaya bilmişdi . Türküstanda törədilən qırğınların şahidi olan və həmin hadisələri qələmə alan digər bir türk oğlu isə Turar Rıskulov idi.
“Рыскулов Т. Революция и коренное население Туркестана. Раздел «Что делали дашнаки в Фергане» Т., 1925. с.107-109.; Алихонтўра Соғуний. Туркистон қайғуси.// «Ёшлик»,1992. Turar Rıskulovun sitatlarını həmin kitabın 131-132-ci səhifəsində qeyd etdiyi hesabatlndan: “Yerli adamların toz içində qaldırdıqları qiyam 9 gün çəkdi. Kokandda insnaların malı-mülkü, evi yağmalandı, yandırıldı, dağıdıldı. Daşnakların Kokanda gəlişindən sonra , burada yurd salan erməni tacirlər də onlara qoşulub, yerli xalqa divan şladılar. Yerli türklərin və özbəklərin bütün dükanlarını dağıtdılar. 1897-ci ildə 120.000 əhalisi olan Kokandın. 1926-cı ildə 69.300 əhalisi qalmışdı. Yandırılmış, viran olmuş şəhərlər və kəndlərlə birlikdə, insanları da amansızcasına məhv etmişdişlər. Sadıxlının yazdıqlarına görə bolşeviklərlə ciddi işbirliyinə başlayan daşnaklar türküstanda “Daşnakstyun” partiyasının özəyini yarada bilmişdilər. Əldə olan faktlar deməyə əsas verir ki, burada hakim olan “daçnakstyun” partiyasıdır”.


...Bu tarixi faktları Şurat Barlas Turar Rıskılovun kitabından əldə edib. Tarixi itməyə qoymadığına görə günahkarmıdır? Əsla. Orta Asiya arealında öz tarixini, keçmişini Özbəkistan qədər qoruyan ikinci bir dövlət yoxdur. Mərhum Ata İslam Kərimov Özbəkistana rəhbərlik etdiyi ömrü daxilində Əmir Teymurdan qalan bütün tarixi abidələri bərpa etdi. Səmərqənddə, Daşkənddə , Buxarada, Xivədə Əmir Teymurdan, Əhməd Yəssəvidən qalan bütün tarixi abidələrə yeni ömür verdi. Bununla da Turançılıq ideyalarına nə qədər sadiq olduğunu göstərdi. İndi bir erməni daşnakı Turançılıq ideyasından, türkçlükdən yazan alimi “pantürkist”, “panturançı” adlandırmaqla, İslam Kərimovun ideyalarına qarşı çıxmış olmurmu?

Sirr deyil ki, bu gün dünyanın hər yerindən Şərqin incə məsələ olduğuna bir daha inanmaq, qədim tarixi görmək istəyənlər Özbəkistana gəlirlər, o qədim tarixləri gözləri ilə görüb, qəlblərində bu ölkədən bir dünya sevinc və ömürlük xoş xatirələr aparırlar. Şuhrat Barlas da o insandır ki, hələ Türkiyədə təhsil aldığı illərdə İslam Kərimovun qardaş ölkəyə səfəri zamanı onun qarşısında çıxış edən zaman, İslam Kərimova söz vermişdi ki, təhsilini başa vurandan sonra, qayıdıb Özbəkistanda xalqına, türk dünyasına xidmət edəcək. O öz sözünü tutdu. İllərlə əmək sərf etdiyi kitabların üzərində işləyərək, Türk dünyasının faciələr tarixini topladı. Azərbaycanın haqq savaşında səsinin eşidilməsi üçün isə, ermənilərin ta qədimlərdən bu günümüzə qədər Rus İmperiyasının köməkliyi ilə başımıza gətirdikləri müsibətləri “Qarabağ: ideyalar müharibəsi” əsərində topladı. Dünyanın gözündə özlərini yazıq və bədbəxt göstərməyə öyrəşən ermənilərin yalanlarını bu əsərlə ifşa etdi. Və təbii ki, tək başlarına qalanda ermənilər heç nə edə bilməzdilər. Onlar hər zaman böyük imperiyaların əllərində alət oldular. Bir çox tarixçi alimlər erməni daşnaklarının vəhşilikləri haqqında yazmışdı. Onlardan biri də (kitabın 135-ci səhifəsi) “Erməni ytarixçisi A.A.Lalayan XX əsrin əvvəllərində yazırdı: Daşnaklar, türk qadınlarını, qocalarını, uşaqlarını və xəstələrini məhv etməkdə əzablara məruz qoymaqla son dərəcə “fədakarlıq” göstərmişlər.”. Bu fikirləri isə ermənilərin öz dili ilə qeyd edir. Görəsən, bəs erməniləri əsəbləşdirən nədir”.

Və yaxud da kitabın 160 -161-ci səhifəsinə nəzər salaq: “ Bu faktlar, “daşnak-bolşevik terrorçularının” Türküstanda törətdikləri vəhşiliklər və faciələr arxiv materiallarına əsaslanır. Özbəkistan Milli Ensklopediyasında daşnaklar tərəfindən təkcə Fərqanə vadisində 35 min qadın, qoca və uşaqların öldürülməsi və qtlə yetirilməsi haqqında faktlar öz yerini tapıb. Arxiv materiallarına nəzər salanda o da aydın olur ki, 10 il ərzində 1 milyon 700 nəfəri isə aclıq və işgəncələr verilərək öldürülüblər. Özbək tarixçisi MansurxojaXodjayevin məlumatlarında qeyd olunur ki, Sovet jhakimiyyəti Türküstanda , Fərqanə vadisində özbəklərin milli azadlıq hərəkatlarıını yatırmaq üçün buraya 260-270 min nəfərlik silahlı ordu yeridib... Ordunun əsgələri isə rus və erməni milliyyətindən olan şəxslər olub”.

18-ci əsrin əvvəllərindən başlayaraq, güclənmiş rus imperiyası Türk torpaqlarına sahib çıxmağa çalışıb. 1867-ci ildən 1917-ci ilə qədər Orta Asiyada, Azərbaycanda rus imperiyalarının “Parçala dağıt, tök!” ideyası hökm sürüb. İki əsrdən çox bir zaman kəsiyində türklərin milli kimliyini, milli yaddaşını yox edə bilməyiblər.

Məşhur Rus tarixçisi N.İ.Veselovski yazırdı: (səh.127) “ Bax bu əsil hərbi idarəçilikdir... biz elə bilirik ki, buraya sivilizasiya gətirmişik, elə bilirik ki, ram etdiyimiz asiyalılara sülh , sakitlik, təhlükəsizlik vermişik... Lakin fikirləşmirik ki, bunlardan da uca olan dəyərlər var. Bu millətçilikdir, milli hisslərdir... Biz gərək tabe etdiyimiz müsəlmanların donuna girə bilək. Siyasi ölüm ağır şeydir, lakin milli ölüm ondan da betərdir. Bizim təəbəçiliyimizdə onalr sifətlərini itirməyə məhkimdurlar. Məgər milləti hər hansı bir rifaha, güzərana dəyişmək olarmı? Əəgər onlar bizə qarşı etiraza qalxacaqlarsa, buna görə təəccüblənməyə dəyərmi? .. Elə milli maraqlar var ki, o insanın nə qədər tox, firavan , ac və ya suzu olmasına baxmayaraq vaxtı gələndə baş qaldıracaq...”...

İki əsrdən artıq bir zaman içində Orta Asiyanı və Azərbyacnı ələ keçirən Rus İmperiyasının padşahları içərimizdən olan insanları Rus çarlarının medalları,
fərmanları ilə damğalayaraq tariximizə ləkə vurdular. Bir medala görə əyildik, qalxa bilmədik. Bir medala görə əvvəlcə bir kəndi, sonra bir mahalı, sonra bir şəhəri, sonralar isə dövləti itirdik...
İndi Şuhrat Barlasın AMEA-nın tarix institutunun fəxri doktoru olmasına görə ermənilər onu “cəsus” adlandırıblar. Və hətta bu haqda Özbəkistanın Hüquq-mühafizə orqanlarına da məktib və xəbər göndəriblər.
Mən Özbəkistanı özümə hər zaman ikinci Vətən hesab etmişəm. Çünki, Mirzə Uluqbəy adına Universitetin jurnalistika fakultəsini bitirmişəm. “Şərqin incə məsələ” olması fəlsəfəsini burada öyrənmişəm. Doğma Özbəkistanımızdakı daş tarixləri ziyarət etdikcə, ulu türkün necə böyük bir imperiyaya sahib olmasının şahidi olmuşam. Mavi günbəzli, dünyanın incisi Səmərqənin küçələrində Fateh Teymurun ayaq səslərini eşitmişəm. Mən inanıram ki, Şuhrat Barlas da, Özbəkistanda yaşayan digər dostlarım da Azərbaycana gələndə Şamaxıda, Bakıda Əmir Teymurun Azərbaycandakı vassalı Şirvanşah Xəlilullah İbrahimin ruhiu ilə qovuşublar. Çünki biz Özbəkistandan gələn qonaqlarımızı hər zaman Şeyx İbrahim Xəlil kimi ləyaqətlə qarşılamışıq.
1996-cı ildə İslam Kərimov Fateh Teymurun adı ilə bağlı olan “Teymurilər” muzeyinin açılışına Heydər Əliyevi və Ziya Bünyadovu dəvət etmişdi. Həmin muzeydə Heydər Əliyevin imzası ilə olan ürək sözləri xoş xatirə kimi indiyə qədər qorunub saxlanır. Biz belə dostuq. Özbəklərlə Azərbaycan tüklərini bir-birinə bağlayan o qədər məqamlar var ki... Mən hələ Nəqşibəndilərdən, şeybanilərdən danışmıram. Mən hələ Üzeyir Hacıbəyovdan, Hüseynqulu Sarabskidən bəhs etmirəm... Mən hələ 1906-cı ildən etibarən “Molla Nəsrədiin” jurnalının buraya necə gəlib çıxmasından, Özbəkistanda qəzetçilik ənənəsini başlatmasından yazmıram...
Ay-hayyyy...
Ay haylar.... İndi Siz bizim Şuhrat Barlasamı quyu qazırsınız? Onun arxasında böyük Turan eli, Türk dünyası dayanıb. Bu gün Özbəkistana İslam Kərimov ideyalarına, irsinə sadiq olan, gəlişi ilə xalqına yeni müjdələr gətirən prezident Şövkət Mirzyayev “ İnsanların maraqları və xalq ilə dialoq” proqramını ona görə reallaşdırıb ki, ölkəsində taşayan hər kəsin prezidenti və sahibi olduğunu sübuta yetirsin. O da istəməz ki, onun sükanını tutduğu Sülh gəmisində kimsə , hansısa ləyaqətsiz kursunu dəyişməyə yönəli hərəkətlər etsin. Azərbaycanlılar harada yaşasalar da, harada olsalar da Azərbaycan prezidenti İlahm Əliyevin “Olduğunuz ölkələrdə özünüzü həmin ölkənin əsil vətəndaşı kimi aparın, həmin ölkəyə xeyir verin, insanlarına qarışın” deyə etdiyi tövsiyəsini unutmurlar. Biz gəmidə oturub gəmiçi ilə dava etmirik. Və ümidvaram ki, Şuhrat Barlasın təqiblərdən xilas məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub da ünvanına çatacaq. Biz tariximizi doğru yazanları hər zaman gözümüzün üstündə saxlamışıq. Türk tarixini pozanları isə tarix və Tanrı özü taraixdən silb aparıb.
Çox uzağa getmək istmərəm. Ötən il Qazaxıstanda türk xalqının düşməni, qazaxları sürgünə, repressiyaya məruz qoyan Levon Mirzəyanın adı Qazaxıstanın bir çox küçə və meydanlarından götürüldü. Buna görə orada yaşayan ermənilərin heç biri ölkənin daxili işçinə qarışa bilmədilər. Cəllad Mirzəyanın tərəfini tutanlardan Ermənistanda onun adına küçənin olub-olmaması barədə soruşdular. Və bu məsələni azərbaycanlılarla birlikdə gündəmə gətirib, nəticə əldə edən Asxad Şakirov, Kazbek kaskenov kimi qazax ziyalıları bu gün də ölkələrinbdə hörmət və izzət sahibidirlər. Qazaxıstanda yaşayan heç bir erməni onların haqq işnə etiraz edə bilmir.
Mən inanıram ki, Özbəkistanın yeni prezidenti cənab Şavkat Mirzyayev də tarixi həqiqətləri yazıb dünyaya yayan alimin ermənilər tərəfindən alçaldılan cəhdinin qarşısını alacaq.
Xəbər 811 dəfə oxundu



 

Müəllifin son yazıları


02.12.2016 Məqamın mübarək, Nursultan Ata
18.10.2016 “Vətən gününüz kutlu olsun!” - deyə bir-birinizi salamlayın
03.09.2016 TÜRKÜ GÜCLƏNDİRƏN MƏKAN
24.12.2015 Bu da keçər... imandan bərk yapışın
18.12.2015 Qədim Səhranın xaqanları


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info