Misirdə nə baş verir?.. - MİSİRDƏN XÜSUSİ
Misirdə hakimiyyət qüvvələri ilə devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları arasında toqquşmalar davam edir.
Tarix: 29.01.2014 | Saat: 12:22:00 | E-mail | Çapa göndər
Elzar AĞAYEV,
Tezxəbər İnformasiya Portalı üçün xüsusi olaraq Misirdən.


25 yanvar inqilabının il dönümündə baş vermiş 5 partlayışdan sonra bütün ölkədə terror təhlükəsi elan edilib. Ötən gün devrilmiş prezident, 2011-ci ildə həbsdən qaçmaqda ittiham olunan Məhəmməd Mursi Qahirədəki Ali Məhkəmə binasına gətirilsə də, proses baş tutmayıb. Buna səbəb, məhkəmə binasının minalanması haqqında məlumat sızması olub. Təhlükəsizlik qüvvələrinin yoxlaması nəticəsində məhkəmə binasında partlayıcı müəyyən edilərək zərərsizləşdirilib. Məhəmməd Mursi və 130 tərəfdarının məhkəməsi fevralın 22-ə qədər təxirə salınıb.

Bu arada, Qahirədə Misir Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru – texniki şöbənin müdiri general Məhəmməd Səid qətlə yetirilib. Səidin kim tərəfindən güllələnməsi hələlik məlum deyil. Hazırda Misirin bütün böyük şəhərlərində ordu və polis birləşmələri vəziyyəti nəzarətdə saxlamağa çalışır. Paytaxt Qahirənin bütün məntəqələrinə, xüsusilə Təhrir meydanına aparan küçələrə ordu birləşmələri və ağır hərbi texnika yeridilib. İstənilən foto və video çəkilişlər, küçədə toplanmalar qadağan edilib.



Misirdə növbəti prezident seçkilərinin təxmini vaxtı müəyyən edilib. Dövlət başçısı seçimləri parlament seçkilərindən əvvəl – aprelin ortalarına qədər keçiriləcək. Bu barədə, ölkənin müvəqqəti Prezidenti Ədli Mansur, Televiziya ilə xalqa müraciətində bildirib. Misir hərbi qüvvələrinin komandanı, Məhəmməd Mursi hakimiyyətinin devrilməsində həlledici rol oynamış feldmarşal Abdel Fattax Əs-Sisinin prezident seçkilərində namizədliyinin irəli sürülməsi, üstəlik artıq indidən ən şanslı namizəd sayılması, beyinlərdə müəammalı suallar doğurur: Mübarək rejiminin geri gəldiyini iddia edənlərin sayı artır. Həqiqətənmi 25 yanvar inqilabı “dəfn” edilir və hərbi xunta hakimiyyətə qayıdır?



Misirin tanınmış politoloqu, siyasi elmlər doktoru Salah Gafaravi, bəzi Mübarək tərəfdarlarının hələ də məsul vəzifələrdə qaldığını bildirsə də, Köhnə rejiminin geri qayıtdığına inanmır. Ekspertin fikrincə, hazırda Misirin ən böyük problemi bütün ölkədə hökm sürən xaos və terror təhlükəsidir. “Misirin qərb və cənubi-qərb əyalətlərində, xüsusilə Sinay yarmadasında əllərində külli miqdarda silah-sursat olan qəbilələr var. Bəzi qəbilə başçılarının ixtiyarında hətta ağır hərbi texnikalar da var. “Müsəlman Qardaşları” hərəkatının təqib olunan nümayəndələrini də nəzərə alsaq, ölkənin nə cür bir terror təhlükəsi ilə üz-üzə qaldığı tam çılpaqlığı ilə ortaya çıxır. Belə vəziyyətdə ordu rəhbərliyinin nəzarəti üzərinə götürməsi Misir xalqının yeganə xilas yoludur”.



Misirli ekspert, baş komandan feldmarşal Abdel Fattax Əs-Sisinin, prezident seçkilərində ən şanslı namizəd olması fikri ilə tazıdır. “Əs-Sisi Misir xalqının gözündə xilaskara çevrilib. Onu müasir Abdul Naser adlandıranlar da var. Düşünürəm ki, səsvermədə əksəriyyət onu dəstəkləyəcək. ” Sitatın sonu.

Sonda politoloq Salah Gafaravi, yeni Misir konstitusiyasının mütərəqqi prinsiplər üzərində qurulduğunu dedi. Prezident və parlament seçkilərindən sonra Misirin tədricən sabit həyata qədəm qoyacağına əminliyini ifadə etdi.
Xəbər 2565 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

15.05.2017
Kosmosda Azərbaycanla bağlı paylaşım
16.07.2015
Lavrovdan Amerika ilə bağlı gözlənilməz ifadə
14.07.2015
Rusiyada 22 milyon insan.. - ŞOK
14.07.2015
İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıblar
13.07.2015
İrana qarşı embarqo aradan götürülür - SON DƏQİQƏ


 Şərhlər Sayı: 1 
Sabir Elzar Aqaev Maskvadan xeber verirdi axi. Qedir Misire?
ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info