Məqamın mübarək, Nursultan Ata
Bu gün Qazaxıstan Prezident gününü bayram edir!
Tarix: 02.12.2016 | Saat: 15:08:00 | E-mail | Çapa göndər
Aida Eyvazova


Göy türklərin hakimiyyəti zamanı ulu Bilgə xaqanın Daş kitabında belə yazılıb: Tanrı lütufkâr olduğu için, benim (de) talihim olduğu için, hakan (olarak tahta) oturdum. Tahta oturup yoksul (ve) fakir halkı hep derleyip topladım: Fakir halkı zengin yaptım”.
Əslində Moğol çöllərində, Ötükən ellərində, Orhon çayının sahillərində , Altaylarda bitib bu günə qədər ulu türk tariximizə şahidlik edən o kitablar elə türk xalqının, insanlığın Konstitusiyası, Ana Yasasıdır.
Bilgə xaqanın yazdığı kimi: “Tanrı lütufkâr olduğu için, benim (de) talihim olduğu için, hakan (olarak tahta) oturdum…”. Kim olursan ol, neyləsən də, nə vuruşlar, çabalar yapsan da, Yer oğlunun taleyini Tanrı yazır. O istəməsə kimsə padşah, kimsə, şah, kimsə qul olmaz!
Bu gün Göy Türklərin mavi bayrağına sahib çıxan , türk dünyasının tanınmış lideri Nursultan Nazarbayevin də yazısı o Göy Səmalardan yazılmış bir yazıdır. Tanrı yazanı kimsə poza bilməz.
1990-cı illər… Dünyanın qarışan vaxtı idi … Başı pozulmuş Sovetlər Birliyi… Hər yerdən qan iyi gəlir. Həmin ilin 19-20 yanvarında Azərbaycan artıq ilk qurbanlarını vermişdi. Azərbaycana qədər isə 1986-cı ilin 16 dekabrında Qazaxıstanın Alma-Ata şəhərində azadlıq alovunun ilk işartıları görsənmişdi. O zaman bu təlatüm də qanla yatırılmışdı…
Lakin nə qazaxlar, nə azərbaycanlılar azadlıqlarına uzanan o qanlı əlləri. Beşiyində boğulan ilk azadlıq nəğmələrini…
Ulu Türk nə zamansa öz kökünə qayıtmalıydı. 1991-ci il dekabrın 1-də Qazaxıstanda ümumxalq prezident seçkisi keçirildi. Respublika ərazisində 21 seçki dairəsi üzrə 9 961 242 vətəndaşın adı səsvermə siyahısında cəm oldu. Onlardan 8 788 726 nəfəri, yəni 88,23%-i seçkilərdə iştirak etdi. Gizli səsvermədə seçki bülletenlərində Qazaxıstan SSR prezidentliyinə namizəd N.A.Nazarbayev və Qazaxıstan SSR vitse-prezidenti E.M.Asanbayevin adları yazılmışdı. Seçkinin nəticələrinə görə N.A.Nazarbayevin lehinə 8 681 276 seçici və ya seçicilərin 98,78%-i səs vermişdi. Aradan qısa bir müddət keçəndən sonra isə , 1991-ci ildə dekabrın 16-da öz müstəqilliyini əldə edən ölkələrdən biri də Qazaxıstan Respublikası oldu. Bu məqamda yenə də Göy türklərin ilk diplomatı Tonyukükün daşlara yazıb bizə əmanət qoyduğu öyüdü xatırlamaq yerinə düşür: “İlteriş Kağan kazanmasaydı, onun ardından ben kazanmasaydım il yine, millet yine yok olacaktı. O kazandığı için, ardından ben kazandığım için il yine il oldu, millet yine millet oldu.”.
O vaxtdan ötən 25 il ərzində qazaxıstanlıların taleyinə kəşməkeşli və sevincli günlər də yazıldı. Bu gün Qazaxıstanda 1 dekabr Prezident günü qeyd edildiyindən, ancaq qardaş ölkəmizin uğurlarından danışmaq daha xoş olar.
Sabiq sovet respublikları ilə bağların qırıldığı bir vaxtda, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev uzaqgörən siyasəti və müdrik fəlsəfəsi ilə xalqını və ölkəsini çətin sınaqlardan çıxara bildi?!
Haradan almışdı bu gücü? Harada möhkəmlənmişdi? Onun gücü poladdan idi. Həyata ilk gənclik addımlarını atanda Tanrı qismətini poladəridən kimi yazdı. Temirtau şəhərində işə başladığı Metallurgiya zavodunda marten sobaları, domna sobaları ilə üz-üzə qalıb alov dilimlərin istisində bərkidi, həm iradəsi, həm özü. Mübarizə aparmaq, məqsədə çatmaq isə təkcə öz taleyinin deyil, nəsil şəcərəsinin də taleyinin yazısı idi.



Nursultan Abış oğlu Nazarbayevin 8-ci nəsildən olan babası Karasay Batır Altınayulı (1589-1671) məşhur sərkərdə olub. O, qazaxların cunqarlara qarşı olan xalq azadlığı hərakatında, azadlıq mübarizədində ləyaqətlə vuruşub. Sərkərdənin bu igidlik və döyüş xidmətlərinə cavab olaraq Şapıraçdı nəsli onun adını şücaət və qələbə haqyqırtısı simvoluna çevirmişdilər. Döyüşə gedəndə onun adını çağırırdılar. Karasayın hərbi xidmətlərinə uyğun olaraq, onun nəslinin ardıcılları bu gün də özlərini Şapıraştı cüzünün (tayfasının) ardıcılları hesab edirlər. Həmin nəslin törəmələrindən biri də Abış kişinin atası Nazarbay idi. Bu günə kimi Nursultanın doğulduğu Çemolqan kəndində “Nazarbayın dəyirmanı”, “Nazarbayın düzəngahı” kimi yer adları əhali arasında hələ də işlədilməkdədir.
Nəsil şəcərəsinin adət-ənənəsinə, Qazax xanlarının dövlətçilik ənənəsinə sadiq qalaraq, Nursultan Nazarbayev qısa zaman kəsiyində ölkəsinin daha böyük uğurlara imza atması, inkişaf etməsi üçün, ilk növbədə dövlətin paytaxtını daha uyğun bir məkana köçürmək qərarını verdi. 1995-ci ildən başlayaraq bu layihənin üzərində işlənildi. 1998-ci ildə iyun ayının 9-10-da şəhərin təqdimat mərasimi, adqoydu günü keçirildi. “Həmin tədbirdə dünyanın bir çox ölkələrindən gəlmiş liderlər iştirak edirdilər. Təntənəli yığıncaqda qonaqlar arasında ilk söz Türkiyənin prezidenti Süleyman Dəmirələ verildi. O, Qazaxıstanın dövlət kimi qazandığı uğurlarını qlobal miqyasda qiymətləndirərək, müasir dünyada birinci yerlərdən birinə çıxdığını dedi. Ondan sonra söz İslam Kərimova verildi. O, isə “paytaxtın bir yerdən başqa bir yerə köçürülməsini Nursultan Nazarbayevin cəsarəti ilə əlaqələndirdi” və gələcək nəslin onun bu ləyaqətli hərəkətini qiymətləndirəcəyinə əmin olduğunu bildirdi. Azərbaycan prezidenti Heydər Əliyev isə, “Qazaxıstanın əvvəllər öz yerini müəyyən etməkdə imkanı olmadığını” xatırlayaraq, paytaxtın Astanaya köçürülməsini “Müstəqil Qazaxıstanın ən böyük uğuru adlandııb, Azərbaycandan salam gətirdiyini bildirmiş, bu təntənə münasibəti ilə qazaxıstanlıları təbrik edərək xoşbəxt gələcək də arzulamışdı”. (Nursultan Nazarbayevin “Həyat yolu” kitabından)
Liderlərin arzuları çin oldu. Bu gün Nursultan Nazarbayevin mənəvi övladı, yaşadığı ömrünün ən gözəl bəhrəsi, Türk dünyasının mavi bayrağlı, zümrüd rəngli Astana şəhəridir. Bu şəhərə kim qədəm qoyursa, heyranlığını gizləyə bilmir. Hər il Nursultan Nazarbayevin şah əsəri olan Astana şəhəri möhtəşəm forumlara, beynəlxalq konfranslara ev sahibliyi edir. Astana –Avrasiyanın ürəyidir. Bu gün yayında zümrüd rəngə, sərt qışında bəyaza bürünən Astana həm də fikrilərdə “Sülh şəhəri” kimi təcəssüm tapıb. Ölkədə yaşayan 130-dan artıq millətin nümayəndəsini br araya gətirən “Sülh və həmrəylik” sarayında ən möhtəşəm və təntənəli günlərini keçirirlər. Həmin insanları Qazaxıstan Xalqı Assambleyası adlı bir Ata Yurdu öz ocağının başına, şanırakının altına yığır. Yurd yeri Astanada bayramlar keçiriləndə ağ çadırlar qurulur. Dədə Qorqudun , İlteriş xaqanın, Bilgə xaqanın, Tonyukükün qurduğu birlik, mehribanlıq, güc və Məngü El—Əbədi El çadırlarından.
Ağ çadırlar yurdu Qazaxıstanın paytaxtının Astanaya köçürülməsi, müstəqilliyinin ilk illərində qarşısına çəpər çəkən bir çox ölkələrdən gələn qlobal çağırışlara həm də strateji cavab oldu. Təsadüfi deyildi ki, paytaxtın köçürülməsi həm də “Qazaxıstan-2030” Strategiyası Proqramının bəyan edilməsi ilə eyni vaxta düşdü. Bu gün qardaş ölkəmizdə yaşayan azərbaycanlılarımız da özlərini bu ölkənin tam hüquqlu vətəndaşı hesab edirlər. İkipalatalı Parlamentdə 6 nəfər azəbaycanlı soydaşımız təmsil olunur.
Təsadüfi deyil ki, 2003-cü ildə prezident seçiləndən sonra, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də, 2004-cü ilin mart ayında baş tutan ilk rəsmi səfərini Qazaxıstan Respublikasına etmişdi. Qazaxıstanla Azərbaycanı bir-birinə bağlayan köklər dilimiz, daş kitabələrimizdirsə, bir də sazımız -sözümüzdür. Qazaxıstanda yaşayan hər bir qazax qardaşımız qıpçaq eli Qazax şəhərini özünün mənəvi ana vətəni sayır. Açılan süfrələrimiz, toylarımızda çalınan saz havalarımız da ruhumuzun birliyindən xəbər verir. Bir elin ki, bir yurdun ki, ruhu hər zaman eyni havaya sevinib, eyni havaya kədərlənirsə, o elllərin düzənini kim pozar. Yenə Bilgə xaqanımızın sözünü xatırlayıram: “Üstte mavi gök (yüzü) altta (da) yağız yer yaratıldığında, ikisinin arasında insan oğulları yaratılmış.”
Qazaxıstan Respublikasının ilk prezidenti gününü dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bu ölkədə yaşayan bütün insanlar—bayram edirlər. Bayramlar qədim türk xaqanları tərəfindən əmanət qalmış bir eli, bir yurdu bir araya yığıb, eyni mərəkədə şənlənmək üçün törəndir. Bayramlarda el bir olur, bir sevinir, bir gülür.
1999-cu ildə ikinci dəfə prezident seçkilərində qalib gələndən sonra , onu seçən xalqına üzünü tutan Nursultan Nazarbayev belə demişdi: “Bu gün mənim qarşımda sadə görünən iki məsələ dayanır. Tarix isə dönə-dönə sübut etmiş ki, onlar ən mürəkkəb məsələlərdir. Bizim qədim əcdadlarımız dövləti idarə edən hökmdarları belə tərif edərdilər: “O, öz xalqına çörək verirdi”. Ona görə də birinci qarşımda duran məsələ xalqın firavan dolanşığıdır. Zaman var ki, daşları o yan - bu yana atarsan, zaman da gələr ki, daşları ətəyinə yığmaq lazım olar. İslahatlar keçirməyin də öz vaxtı var, onun bəhrəsini görməyin də öz zamanı yetişər. Qarşımızda duran növbəti 7 ildə xalq islahatların bəhrəsini öz dəstərxanlarında (süfrələrində) və ciblərində görməlidir”.
... Dedi də... Sözünə sahib çıxdı da. Dünyanı başına alan böhranlarda, hətta neft öz qiymətini itiridiyi bu günlərimizdə belə Nursultan Nazarbayev ilk əvvəl xalqın qayğısına qaldı. Bank və maliyyə sistemində elə islahatlar aparıldı ki, adi insanlar bu büdrəmədən ziyan çəkmədilər. Kimsənin süfrəsi boş qalmadı. Bu gün də ölkədə aparılan iqtisadi və bank siyasəti, adi insanlara zərər vermədən aparılır.
Bir neçə dəfə Qazaxıstanda prezident seşkilərini izləmək mənə də nəsib olubdur. O qarlı-şaxtalı seçki günlərində insanların öz arzuları ilə seçki məntəqələrində axşama qədər növbədə dayanıb, səs vermək arzusunda olduqlarının şahidi olmuşam. Səsvermə vaxtı bitincə, seçki məntəqələrinin qapısı bağlananda prezident seçkilərinə səs vermədiklərinə görə, məyus olanları da görmüşəm. Hər birindən nədən məyus olduqlarını soruşanda “Biz Nursultan Abışeviçə səs verəcəkdik...”- dediklərini eşitmişəm.
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev həm də Türk dünyasının mənəvi atası və ağsaqqalıdır. Bu gün o uzaqgörən siyasəti ilə, hər zaman Türk dünyasının birliyi üçün çağırışlar edir. Qazaxıstanda keçirilən beynəlxalq əhəmiyyətli forumlarda Avrasiya və Türk birliyindən danışır, dünyanın bir çox liderlərini bu forumlarda iştirakı ilə Türk dünyası həqiqətini , Türk bilriyini, yaşı 550 ildən çox olan Qazaxıstan xanlığının danılmaz tarixini çatdırır, gələnlərə bu tarixləri ölkədəki müxtəlif muzeylərdə əyani surətdə göstərtməyə çalışır. Türk dünyasının həqiqətlərini öyrənmək, yaşatmaq üçün “Beynəlxalq Türk Akademiyası” adlı bir elm , mənəviyyat, ədəbiyyat ocağının da təşəbbüskarı Nursultan Nazarbayev oldu. Bu gün artıq həmin Akademiyanın da bəhrəsini Türk dünyası görür.
Babalarımızın, əcdadlarımızın qazandıqları “Türk” adı yox olmasın deyə, o mavi rəngli bayrağın qoruyucusu Nursultan Nazarbayev Türk millətinin birliyi üçün, gecə bilmədən gündüz bilmədən çalışır.
Onun taleyini Tanrı yazıbdır. Nənəsi Tolebe ananın yuxusunda gördüyü ağ at, ağ atın üstündəki o ağ libaslı oğlan da Nursultan oldu. Adını Qurandan götürdü ki, nuru ilə aləmə şəfəq, işıq yaysın. Bir də ki, Bilgə xaqan babamız demişkən : "Türk, Oğuz beyleri, kavmi, işitin yukarıda gök basmasa, asağıda yer
delinmese Türk milleti ülkeni, töreni kim bozar?"
Göy türkün bayrağı sənə əmanət!!!
Məqamın mübarək, Nursultan ATA!!!
Tanrıdan bu məqam sənə zəmanət,
Zamanın mübarək, Nursultan ATA!!!
Ulu səltənətin ulu oğlusan,
Ağ atla röyada butalanmısan,
Türkə bayraqdarsan, Türkə arxasan,
Bu anın mübarək, Nursultan ATA!!!
Xəbər 769 dəfə oxundu



 

Müəllifin son yazıları


26.01.2017 Əmir Teymurun mərhəmətinin cəzası... - Ermənilər özbək alimini niyə hədələyirlər...
18.10.2016 “Vətən gününüz kutlu olsun!” - deyə bir-birinizi salamlayın
03.09.2016 TÜRKÜ GÜCLƏNDİRƏN MƏKAN
24.12.2015 Bu da keçər... imandan bərk yapışın
18.12.2015 Qədim Səhranın xaqanları


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info