Turizmin inkşafına jurnalistlərdən dəstək- REPORTAJ + FOTOLAR
Bir qədər tədbir haqda...

Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədi ilə Qəbələdə “Turizmin inkişafında KİV-in rolu və funksiyası” adlı tədbir keçirilib. Tədbirə Azərbaycanın ən müasir və peşəkar otel brendlərindən olan “Qafqaz” otelləri ev sahibliyi və sponsorluq edib.
Tarix: 26.02.2016 | Saat: 12:00:00 | E-mail | Çapa göndər
Azərbaycanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə bölgənin turizm potensialı, eyni zamanda Azərbaycanda 13, Qəbələ rayonunda 8 oteli olan Qafqaz Otelləri Qrupu barədə ətraflı məlumat verildi, hotellərin imkanları tanıdıldı.

Ekskursiyaya “Qəbələ Yengicə Thermal and SPA Hotel”dən başlayan KİV nümayəndələri nahar etdikdən sonra otellə tanış oldular. Təbiətin sakit güşəsində, Yengicə isti su vannaların mənbəyində yerləşən otel şəhər stresindən uzaqda dincəlmək və peşəkar həkimlərin nəzarəti ilə müalicə almaq üçün ideal məkandır. Otelin ən cazibədar tərəflərindən biri isti su vannaları ilə yanaşı Naftalan vannalarının da mövcudluğudur. Otel yay aylarında balıq həvəskarları üçün xüsusilə maraqlıdır. Yaxınlıqdakı göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövqdür.



5 ulduzlu “Qafqaz Sport Hotel”ə gələn KİV nümayəndələri bölgənin turizm imkanları barədə müəyyən fikir mübadiləsi apardıqdan sonra şam yeməyinə qonaq edildilər. Qarlı havada axşam gəzintisindən sonra oteldə gecələdilər.



“Qafqaz Sport Hotel”dəki səhər yeməyindən sonra bütün heyət “Qafqaz Tufandağ Hotel”ə yollandı. Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan “Tufandağ” oteli müasir infrastrukturu ilə xizəksevərlərin çox arzuladığı məkanlarından biridir. 2015 də istismara verilən otel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. “Tufandağ” oteli həm həftə içi, həm də xüsusi həftə sonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər.



Xizəklə sürüşdükdən sonra gözəl nahar yeməyində Qafqaz Hotellərinin səlahiyyətli nümayəndəsi bildirdi ki, Novruz bayramı münasibəti ilə 19-28 mart tarixlərində xüsusi kampanyaya start veriblər. Artıq arzu edənlər 72 AZN-dən başlayan iki nəfərlik otaq qiymətləri ilə, (gecələmə, səhər yeməyi, internet, spa və fitness qiymətə daxildir) 22-23-24 Mart tarixlərində isə 116 AZN-dən başlayan 2 nəfərlik otaq qiymətləri ilə (Gecələmə, səhər yeməyi, SPA, Bayram Şou Programı – Musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər.



Daha sonra KİV nümayəndələri xoş təəssüratlarla Qəbələ rayonundan ayrılıb yenidən tezliklə dönmək ümidilə Bakıya yola düşdülər.





I TƏƏSSÜRAT

Yengicə sanatoriyasında Naftalan nefti

Bakının küləkli, soyuq amma qarsız havasından Qəbələyə yəni qar yağan yerə yola düşdük. Bakıdan uzaqlaşdıqca üşüyəcəyinizi zənn edirsiniz amma elə olmadı. Avtobus bir neçə saatdan sonra fasilə vermək üçün dayandı. Yolun iki kənarından yola qovuşan ağaclar və üstündəki qarlar... Bu heyrətamiz mənzərəni görüb şəkil çəkdirməmək olmazdı. Bakıda görməyə alışmadığımız qarlı amma yumşaq və təmiz hava bizə pozitiv enerji verdi, çox əyləndik.



Növbəti dayanacağımız Yengicə kəndi oldu. Burada yerləşən termal otellə tanış olduq. Əvvəlcə ac qarnımızı doyurmaq lazım idi, yedik, içdik. Sonra başladıq otellə tanışlığa...





Bu otelin başlıca üstünlüyü müalicəvi Naftalan nefti və isti suyun olması idi. Yəni bir növ sanatoriya kimi fəaliyyət göstərir. Bütün otaqları gəzdik. Burada hər kəsin büdcəsinə uyğun otaqlar var. Naftalan nefti ilə müalicənin qiyməti elə də baha deyil. Seansı 15 manat.



Otelin ərazisindəki gölün kənarında şəkil çəkdirdikdən sonra növbəti otelə yola düşdük. Oteldən ayrılarkən dönüb bir daha möhtəşəm kompleksə baxıb “adamlar yapmış abi” dedim öz özümə.





II TƏƏSSÜRAT



Qafqaz Sport Hoteldə bir gecə

Gecələyəcəyimiz möhtəşəm “Qafqaz Sport Hotel”ə çatdıq. Otaq kartımızı alandan sonra 3-cü mərtəbəyə qalxıb yerləşdik. Mən otaqların bu qədər modern və təmiz olacağını düşünmürdüm, çox xoşuma gəldi. Adından da göründüyü kimi bu otel əsasən idmançıların qalmağı üçün nəzərdə tutulub. Həmçinin oteldə hər millətdən adam var idi. Nəysə söhbətin gedişatından uzaqlaşmayaq. Otağa yerləşdikdən sonra şam yeməyinə endik. Düzünü deyim yaman acmışdım və saat da 21:00-a yaxınlaşırdı... Təklif olunan bir-birindən ləziz yeməklərdən dadıb otelin fitnes&spa mərkəzinə düşdük. Günün yorğunluğunu hovuz, türk hamamı, buxar hamamı və sauna ilə atdıq... Sözün əsl mənasında çox rahatladıq. Mən istirahət üçün otağa çıxdım. Bəzi jurnalist dostlarım çölə çıxaraq qarlı havada həm yürüş həm də qartopu oynayaraq məzəli şəkillər çəkdirdilər. Bayıra çıxmaq yerinə otaqda Lig Tv kanalından verilən Fənərbaxça-Bursaspor matçına baxdım. Xatırladım ki, bu kanal pulludur. Futbol bitəndən, foyedə bir az söhbət edəndən sonra mafiya oyununa başladıq... Yəqin ki, ilk oyunda həm də komisar obrazında oyundan atılan ilk mənəm. Çox danışmağım bütün oyunçuların diqqətini özümə cəlb etmişdi və “mafiyadır” deyib məni oyundan kənarlaşdırdılar. Əlbəttdə sonradan peşman oldular. İstirahət o qədər möhtəşəm əhval-ruhiyyədə davam edirdi ki adam yatmaq istəmirdi, yuxu gəlirdi ama... Nəysə saat 4-də yatdım. Səhər yeməyi sevməyən biriyəm. Amma otelin yeməkxanasında düzülən müxtəlif təamlar məni iştahlandırdı. Yüksək səviyyədə qəlyənaltı etdim. Avtobusumuz “Tufandağ” Qış-Yay Turizm Kompleksinə yola düşdü…




III TƏƏSSÜRAT



Kanat...Xizək... Meşəlik...

“Tufandağ” istirahət mərkəzinə gəldik. Əvvəldən sifariş olunan xüsusi ayaqqabı, xizək və geyim dəsti, dəbilqə və əlcəkləri geyinərək kanata tərəf yollandıq. Onu deyim xizək çox ağır idi. Bu fərqli geyimdə müxtəlif pozalarda şəkillər də çəkdirdik. Kanat biletini alandan sonra yuxarı hissələrə tərəf yola düşdük…



Sizə “Tufandağ”ın mənzərəsindən danışım. Qış olmağına baxmayaraq bu cənnətməkanda yaydakı yaşıllığın verdiyi zövq qədər bu fəslin də gözəlliyini tam hiss etmək olur. Bir neçə dəqiqədən sonra kanat daha da yuxarıya doğru hərəkət etdi, biz isə buludların da üstünə çıxmışdıq, nağıllardakı kimi… Kanatın hər iki tərəfini əhatə edən meşəlik ərazi və ağac budaqlarının üstündəki qar möhtəşəm idi. Az-az tökülürdü o da təbii. Çünki külək yox idi, sakit bir hava hökm sürürdü Tufandağda. Doyumsuz kanat gəzintisindən sonra gəlib çıxdıq sürüşəcəyimiz xizək ərazisinə…



Əvvəl bu idman növünün çox çətin olduğu və sürüşebilməyəcəyimi düşündüm. Ətrafdakı yıxılan insanlar da bunu deməyimə əsas verirdi. Vaxt itirmədən təlimçilərin göstərişi ilə xizək sürməyi yavaş-yavaş öyrənirdik. Ən əsası aşağıya doğru sürətlə hərəkət edərkən xizəyi necə saxlamağı öyrəndim. A hərfi kimi edərək ayaqları iki yana açıb xizəyi dayandırmaq mümkündür amma bunu öyrənmək elə də asan olmadı. Bir neçə dəfə yıxılandan sonra düz 2 saat xizəklə aşağı yuxarı sürüşdük. Həyatımın ən əyləncəli anlarından biri idi. Çox zövq almışdım, bir o qədər də yorulmuşdum. Xizək paltarlarını təfil verəndən sonra nahar etdik.



Sonrakı 1 saatda otel rəhbərliyi ilə turizmin inkşafına dair söhbət apardıq. Bakıya doğru yola düşmək vaxtı gəlib çatmışdı. Təkrar kanata minib gəldiyimiz yolnan geri qayıdırdıq. Yenə həmin möhtəşəm dağ, meşə, təmiz hava, qar… Əgər bir yerdən zövq aldınızsa o yerə bir daha getmək istəyərsiz. Mənə sual versəniz ki “Tufandağ”a bir də getmək istərdinmi? Cavabım sözsüz bəli olardı. Kanatın son metrlərinə yaxınlaşarkən yenə geriyə dönüb razı bir ifadəylə dedim: “Halal olsun bu məkanı ərsəyə gətirənlərə”. Bu şəraiti yaradan “Qafqaz Hotelləri” rəhbərliyinə təşəkkür edirəm. Unudulmaz bir həftə sonu oldu...

İlkin Cəlilzadə, Qəbələ
Xəbər 1399 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

06.02.2016
Bir daha Ametikada... -SƏFƏR QEYDLƏRİ
04.02.2016
İndi kəndin vaxtıdır...
09.12.2015
Qanunsuz balıq ovu ilə bağlı reydlər keçirilib
12.09.2015
Zəngin Bebeyin yoxsul illəri…
14.07.2015
Manat yenə ucuzlaşacaq? - Elman Rüstəmov risqdən uzağıq dedi


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info